Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Daha bir nəfər xalqın gözü qarşısında edam edildi

Tarix: 02-09-2017 22:13     Baxış: 3473 A- / A+
Daha bir nəfər xalqın gözü qarşısında edam edildi


İranda ərli qadını zorlamaqda, adam oğurluğunda və quldurluqda günahlandırılan daha 1 nəfər ictimaiyyət qarşısında edam edilib.

Ərli qadını zorladığına görə edama, eləcə də quldurluq və adam oğurluğuna görə isə həbsə və şallaq zərbələrinə məhkum edilən müttəhim, avqustun 31-də İranın Bəndər Abbas şəhərində ictimaiyyət qarşısında dara çəkilib. Edam edilən şəxsin adı mediaya açıqlanmayıb.

Son aylarda İranda edamların sayı əvvəlkinə nisbətən bir neçə dəfə artıb. Edam edilənlərin əksəriyyəti isə narkotik maddə qaçaqmalçılığında, qətldə və cinsi təcavüzdə günahlandırılır.

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.(axar.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar