Xəbər lenti
Eşidəndə şok keçirəcəyiniz cütlüklər – Ata qızla, oğul anayla… – İNSEST AİLƏLƏR – FOTOLAR
İnsest ailələr, yəni qan bağlılığı olan şəxslərlə evlilik demək olar ki, əksər ölkələrdə qadağan olunub. Bununla yanaşı biz mediada zamanla bu tip ailələrin mövcudluğuilə bağlı xəbərlər eşidirik.
Manevr.az a24.Az-a istinadən bu tip ailələrin bir neçəsi haqqında tükürpədici faktlar təqdim edir.
Colt ailəsi
Colt ailəsi Avstraliyada yaşayır. 48 yaşlı ananın – Beti Coltun 16 yaşlı oğlu ilə mesajlaşmaları polisin əlinə keçir. Oğlu ilə cinsəl münasibət üzrə yazılmış məktublar məhkəmədə üzə çıxır. Daha sonra başqa bir dəhşətli hadisənin üstü açılır. Sən demə bu ailənin 12 uşağının hamısı müxtəlif şəxslərlə, amma insest münasibətdən dünyaya gəlib. DNT analizlərindən sonra hətta cinsi münasibətdə olduğu 16 yaşlı övladının Beti Coltun, yəni ananın öz atasından törəndiyi bilinir.
Perl Karter və Fil Bayley
2006-cı ildə anası xərçəngdən vəfat etdikdən sonra bioloji anasının axtarışına çıxan Fil Bayley heç vaxt görmədiyi nənəsi ilə tanış olur. ABŞ-ın İndiana ştatında yaşayan Perl nənəni gördükdən sonra isə nəvənin əsl məqsədi yaddan çıxır.
Beləliklə 72 yaşlı nənə 26 yaşlı nəvəsi ilə eşq macərası yaşamağa başlayır. Onlar hətta donor ana tutaraq uşaq sahibi olmağı da planlayır.
Ben Ford və Kim Vest
ABŞ-da Kim Vest adlı bir qadın 19 yaşında doğduğu oğlunu övladlığa verir. 30 ildən sonra oğlu Ben Ford əsl anasının kim olduğunu bilmək üçün axtarışa çıxır. 2013-cü ildə anasına bir neçə məktub yazdıqdan sonra, onlar görüşür. İlk görüşlərində evli olan oğul, daha sonra boşanır. Bir neçə il onlar gizli eşq yaşayır. Bir müddət öncə sevgilərini hər kəsə açıq elan edən bu cütlük dünya mediasının manşetlərində yer aldı.
Daha sonra bu əməllərinin qanuna zidd olduqlarını bildikləri üçün qaçdıqları açıqlandı. Hazırda harada yaşadıqları və birlikdə olub olmadıqları bilinmir.
Con və Cenni Devislər
Con 30 il əvvəl ailəsindən boşanır. Ailəsi ilə bütün bağlarını qırır. Lakin 8 il əvvəl yenidən qızı Cenni ilə qarşılaşır. Cenni keçən bu illərdən sonra atasına öncə kişi, daha sonra ata gözü ilə baxdığını açıqladı. Beləliklə 2001-ci ildə bir övladları dünyaya gələsə də, uşaq ürək çatışmazlıqğından dünyasını dəyişib. Hazırda onların Kalista adlı bir qızları var. Lakin Avstraliyada insest evliliklərin qadağan olunduğundan məhkəmədə onlar haqqında qərar verilib. Amma bu qərar da yetərincə absurd görünür. Çünki məhkəmənin qərarında göstərilir ki, ata və qız birlikdə yaşaya bilər, lakin 3 il müddətində cinsi münasibətdə ola bilməz.
Eymi Luis Svord
Eymi oğlunu körpə ikən övladlığa verir. Övladlığa verdiyi ailə ilə gəldikləri razılığa əsasən onlar mütəmadi uşağın fotolarını və haqqında məlumatı bioloji anasına göndərməli idi. 2008-ci ilə qədər bu proses normal davam edib. Daha sonra oğul haqqında heç bir məlumat ala bilməyən ana illər sonra övladını axtarmağa başlayıb. Tapdıqdan sonra isə vəziyyət dəyişib. Oğlu ilə dəfələrə cinsi əlaqədə olan qadın hüquq mühafizəçiləri tərəfindən yaxalanıb. Məhkəmə amerikalı qadına 9 il həbs cəzası verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar