Xəbər lenti
III Dünya Müharibəsi nə zaman başa çatacaq? - Nostradamusun proqnozu

Dünya tarixinin sirli şəxsiyyətlərindən biri də fransalı öncəgörən keşiş Mişel Nostradamus olub. O, 1503-cü ildə Fransanın kiçik bir vilayətində dünyaya gəlib. Ailəsi və övladının qəfil ölümündən sonra böyük sarsıntı yaşayan Nostradamus hamıdan uzaqlaşaraq Belçikada bir monastra sığınır və dünyanın gələcək taleyi haqqında proqnozlar yazır.
Fransa kralı II Henriyə yazdığı məktubda bu bacarığını Tanrıdan gələn lütf kimi əsaslandırır və bu lütf üçün Tanrıya dərin minnətdarlığını bildirir. O, özünün qabaqcadan dediyi vaxt - 1566-cı ildə vəfat etsə də, dünyanın gələcək tarixi, hətta XX və XXI əsr haqqında dediklərinin əksəriyyəti gerçəkləşib.
Moderator.az Nostradamusun nə zamansa baş verəcək III Dünya Müharibəsi barəsindəki proqnozunu təqdim edir:
“Antixrist üçlüyə heç nə verilməyəcək. Müharibə 27 il çəkəcək. Hər yan qandır, cəsədlər torpağı murdarlayır. Dünya müqəssirləri əzizləyir, mütəfəkkir isə məhv olub gedir”.
Tədqiqatçılar nədənsə onun bu qeydlərini III Dünya Müharibəsinə işarə edirlər. Onların yazdıqlarına görə, bu qeydlərə əsasən guya III Dünya Müharibəsi artıq başlayıb və 2025-ci ildə sona çatacaq”.
Kahinin nüvə silahı barəsində dedikləri də bəşəriyyətin acı gələcəyindən xəbər verir:
“Səma ərimiş qızıl tək parıldayır. Möcüzəli atəş insanların qatilinə çevrilir. İxtiralarda mənəvi qida yox, bədxahlıq var. Təqib və ölüm hər yeri bürüyür”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar