Xəbər lenti
Torpaqlar azad edilməsə... - Rusiyaya qarşı ABŞ-ın MƏHVEDİCİ PLANI
“Rusiya Donbasda vəziyyəti dondurmaq istəyir. Ancaq bunun Moskva üçün ciddi beynəlxalq nəticələri olacaq”.
Manevr.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna üzrə ABŞ-ın xüsusi nümayəndəsi Kurt Volker deyib.
Amerikalı diplomat güman edir ki, Rusiya Ukraynanın şərqindəki münaqişənin dondurulmasında maraqlıdır.
“Bu halda Rusiya Federasiyası tam təcrid vəziyyətində olacaq. Ölkə diplomatik və iqtisadi münasibətlər sistemindən atıla bilər”, - Volker bildirib.
O həmçinin qeyd edib ki, Ukrayna problemi Rusiya və ABŞ arasında konstruktiv dialoqun qurulmasına mane olur. Volkerin fikrincə, Ukrayna problemi həll edilmədiyi müddətdə Rusiya-Amerika münasibətləri normallaşmayacaq.
Diplomat bildirib ki, ABŞ Krımın Rusiyaya birləşməsini heç vaxt tanımayacaq:
“Biz heç vaxt Krımın zəbt edilməsini tanımayacağıq. Avropa İttifaqı da Krımın zəbt edilməsini tanımır. Krım və Donbas məsələləri üzrə ABŞ və Avropa İttifaqının mövqeləri çox oxşardır”.
Kurt Volkerin bəyanatına Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov cavab verib. Onun sözlərinə görə, Vaşinqton Moskvanı iqtisadi və diplomatik münasibətlər sistemindən çıxarmaqla əvəs yerə hədələyir.
“ABŞ-ın keçmiş prezidenti Barak Obamanın təcrübəsi göstərdi ki, ABŞ Rusiyanı təcrid etmək gücündə deyil. ABŞ-ın Ukrayna üzrə nümayəndəsinin Kiyevin tərəfində oynaması təəccüblü deyil. Qəribədir ki, o indiyə qədər Rusiyanın təcridinin mümkün olmayacağını anlamayıb”, - senator deyib.
Kurt Volker həmçinin daha əvvəl bildirib ki, Vaşinqtonda Kiyevə öldürücü silahların çatdırılması üzrə ciddi müzakirələr gedir. Moskva dəfələrlə bəyan edib ki, bu planlar vəziyyəti pisləşdirəcək və Ukraynanın cənub-şərqində münaqişənin eskalasiyasına gətirib çıxaracaq. Bundan başqa, Kreml hesab edir ki, Ukraynaya silahların çatdırılması Minsk razılaşmalarının icrasına imkan yaratmayacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar