Xəbər lenti
"HƏR YANI ALOV TUTACAQ..." : Dünyanın ən gerçək öncəgörəni
Dünyada bir çox tanınmış kahinlər, öncəgörənlər olub. Amma onlar arasında ən qəribəsı Şipton anadır. Doğumu, ölümü, proqnozları bu qadının gerçək öncəgörən olduğunu təsdiqləyir.
Əcaib uşaq
18 yaşlı Aqata Şouthel dünyaya uşaq gətirərkən həyatını itirib.O, öldüyü yerdə də torpağa tapşırılıb. Onun dünyaya gətirdiyi uşaq çox qəribəydi. Başı ölçülərə uyğun gəlmirdi, gözləri çəp idi. Amma baxışları dərin, yanaqları çökük, ağzı dişlərini göstərən dəlik kimiydi. Qolları, ayaqları elə bıl bədəninə taxılmışdı.
Kəndin din adamları uşağın bir nəfər qəyyumluğa verilməsini tələb etdi. Yaşlı, yaxşılıq etməyi sevən bir qadın bu işi öz üzərinə götürdü. O, uşağa Ursula adı verir. Qəribə uşaq gündə 1-2 saat yatıb sonra oyanarmış. Gözləri həmişə sabit bir nöqtəyə zillənmiş olurmuş. Gecələr onun yatdığı otağın pərdələri uçuşar, qapıları vurular, pəncərəyə qonan kəpənəklər səs çıxarırdı.
Evin arxasında dayanmadan yad pişiklər qışqırışırdı.
Cinlər aparıb
Bir gün evə qayıdan qadın uşağın beşiyini boş görüb.
Evdə əşyalar qırılmış, sobadakı közlər kənara saçılmışdı.
Qonşular uşağın cinlər tərəfindən qaçırıldığını iddia edib. Ən sonrda uşaq bacanın içindən tapılıb. Bu olayla bağlı heç kim açıqlama verə bilməyib.
Uşaqıarın qəfildən paltarı alışıb...
Ursula beləcə əcaib olaylarla böyüyür. Məktəb yaşı çatanda anası onun oxuma-yazma öyrənməsini istəyib.
Qızın xəyal gücü və zəkası bütün müəllimləri heyran edib. Amma məktəb yoldaşları ona əcaib adam kimi baxıbar.
Bu münasibətlərdən bezən qızçığaz qisas yolunu seçir. Onu ələ salan uşaqların qəfildən paltarları alışıb, gecələr kabuslar görüblər, Oyanıb qorxudan ağlamağa başlayablar.
Bu olay ailələr arasında danışılmağa başlanıb. Nəticədə Ursulanın məktəbdən uzaqlaşdırılması qərara alınıb.
Şipton Ana
İllər keçir. Ursula yetişkin qadın və doğru öncəgörmələri ilə hörmətli bir qadına çevrilir. Uzaq məkanlardan ona dərdinə dərman tapmaq üçün insanlar axışıb gəlir. Ursulaya “Knaresbourqun bir biləni” adını verirlər. Özəlliklə də məhəbbət münasibətləri, sevgililərin gələcəyi ilə bağlı dəqiq proqnoqlar verirmiş.
1512-ci ildə Ursula 24 yaşında olarkən Tobi Şipton adlı bir nəfərlə ailə qurub.
Tarixi mənbələrə görə, Ursula “Mohher Shipton”, yəni “Şipton Ana” təxəllüsü ilə məşhurlaşır. Gələcəyi görmə yetənəyi onun getdikcə daha da tanınıb şöhrətlənməsinə yol açır.
Məşhurların həyatı haqda proqnozlar
O, artıq adi adamların deyil, kral və kraliçaların, şahzadələrin ölümləri, İngiltərənin gələcəyi, savaşları, tarxi haqda danışırmış. Onun zamanında at arabaları ilə uzaq səfərlərə çıxılardı. Amma Şipton ana artıq arabalar, yelkənsiz qayıqlar, gəmilər olacağından danışırmış. Dəmirin su üzərində taxta kimi batmadan gedə biləcəyini anladırmış.
Vəba yayılacaq
O, XVII əsrin ən böyük fəlakətlərindən biri, 1666-cı ilin oktyabrında Londonda yayılmış vərəm epidemiyası və yanğınları öncədən görə bildi. 1666-cı ildə tarixçi Pepys öz gündəliyində Şipton ananın bu öncəgörməsindən heyrətlə bəhs edib.
Onun haqqında danışmaq yasaqlanıb
Onun öncəgörmələri necə hiss etdiyini heç kim bilmirdi. Kardinal Volsinin ölümündən sonra onun sakit və səssiz həyat sürdüyü söylənilir. Çünki qaynaqlarda nədənsə o dönəmdən sonra Şipton ana haqda əvvəlki qədər bilgi verilmir. Sanki o dönəmlərdə həmin qadın haqda danışmaq, yazmaq yasaqlanmış kimi görünür.
Ölüm gününü bilirdi
Şipton ana 1561-ci il Knaresboroda Droppin Vell yaxınlarında ölüb. O bütün Britaniyanın sevilən və sayılan kahin idi. Ölümünün zamanını və necə olacağını öncədən söyləmişdi. Bu səbəbdən də həyatı boyu həmkarları ard-arda qətlə yetirilsə də, öldürülməkdən qorxmadı. Çünki ona heç kimin toxunmayacağını bilirdi. Öləcəyi günü yatağına uzandı və səhər oyanmadı. Öz sözləri ilə üç iyirmi və bir on üç il yaşadı.
Qorxunc proqnozlar
Dənizlərin qanadlandığı zaman gəlincə böyük sellə qarşılaşacaq. Atsız arabalar (avtomobillər) gedəcək. Dünyanı fəlakətlər bürüyəcək.
Daha sonra dünyanın ortasında insanların düşüncələri uçuşacaq ( mobil telefonlar). Bunlar göz açıb-yumunca baş verəcək. Sularda böyük xarüqələr baş verəcək. Yüksəklərdə, təpələr arasında qürurlu adam gəzəcək. Yanında nə at, nə də eşşək olmayacaq.
İnsanlar suyun altında gəzəcəklər. Ağ, qara, hətta yaşıl arabalarda (Apollo kosmik maşınları).
Yer üzünə böyük bir adam gələcək və gedəcək.
Dərələrdən və daşlardan qızıl axacaq (Qızıla hücum), hələlik bilinməyən torpaqlar (ABŞ) və İngiltərə bir yəhudini qəbul edəcək (baş nazir Disraeli).
Bu fikir əcaibdir, amma bu, gerçəkdir, bir zamanlar əhəmiyyət verilməyən bir yəhudi doğulduqdan sonra xristian olacaq.
Dünyanı su basacaq, alov bürüyəcək
Bir müddət şüşədən evlər olacaq və sonra keçəcək. Çox təəssüf ki, bu işlər baş verəndə İngiltərəni bir müharibə izləyəcək.
Türk və pağanlar oturduğu zaman bu ölkələr arasında şiddətli çəkişmədə olacaqlar. Biri-birilərinin həyatlarını almağa can atacaqlar. Beləcə şimaldan cənuba qartal aslanın ağzında bölünəcək.
İllərin birində bir qorxunc dərd ortaya çıxacaq. (QİÇS) Bütün qadınlar qorxu içində olacaqlar və insanlar dartışacaq. Roma inancı kökdən dəyişəcək.
İngiltərə ordan –ora çevriləcək. Göy gurultusu dünyanı silkələyəcək, şimşəklər göyü yırtacaq. Dünyanı su basacaq və hər yanı alov bürüyəcək.
Fransa üç dəfə qana bələnəcək. Xalq müstəqil olmazdan əvvəl 3 zalım idarəçini görəcək (Robespiyerre, Napaleon, Pentain). Üç dəfə xalqın özünüidarəsi olacaq (Fransadakı üç çümhuriyyət). Şiddətli keçimsizlik illərində İngiltərə ilə Fransa bir yerdə olacaq ( 1 və 2-ci Dünya müharibələri).
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar