Xəbər lenti
Son 50 ilin ən şiddətli qasırğası - 160 kilometr uzunluğunda bir ərazi su altında qala bilər

Amerika Birləşmiş Ştatlarında saatda 209 kilometr sürətlə yaxınlaşan Harvey qasırğası Texas sahillərinə çatıb. Harvey ABŞ-da son 50 ilin ən güclü qasırğası olaraq qiymətləndirilir.
Manevr.az ABŞ mediasına istinadən xəbər verir ki, Beynəlxalq Qasırğa Mərkəzi bunun tropikal fırtınaya çevrilə biləcəyi barədə məlumat yayıb. Dünyanın bir çox ölkəsinin hava yolları şirkətləri bu bölgəyə uçuşları dayandırıb.
Mütəxəssislər Amerikada son 50 ilin ən güclü və son 12 ilin ən şiddətli qasırğasının olduğunu bildirirlər. 1961-ci ildən bu yana ölkədə həyəcan siqnalı ilk dəfə dördüncü səviyyəyə qaldırılıb. Sadəcə qasırğa təhlükəsi deyil, ABŞ böyük bir sel fəlakəti ilə də üz-üzədir. Şiddətli yağışlar nəticəsində 160 kilometr uzunluğunda bir ərazi su altında qala bilər.Texasda bir çox qəsəbədən on minlərlə insan təxliyə edilib.150 mindən çox evə elektrik enerjisi verilmir.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar