Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Böyük müharibə 100 min rus əsgəri hazır gözləyir ... - NATO-nun cavabı...

Tarix: 25-08-2017 12:08     Baxış: 3445 A- / A+
Böyük müharibə 100 min rus əsgəri hazır gözləyir


Rusiya NATO əsgərlərinin Avropanın şərqinə yerləşdirilməsinə irimiqyaslı təlimlərlə cavab verəcək.

Manevr.az-ın məlumatına görə, gələn ayın 14-20-si tarixlərində baş tutacaq hərbi təlimlərə 100 min rusiyalı hərbçi qatılacaq. Təlimlər Belorusiya, Kalininqrad və Rusiyanın müxtəlif əyalətlərində keçiriləcək. Artıq bir qrup rusiyalı hərbçi Belarusa göndərilib.

Bu, "soyuq müharibə" dövründən sonra ən böyük hərbi təlimlər olacaq. Qeyd edək ki, bir müddət əvvəl NATO-nun Rumınya, Polşa, Estoniya və digər ölkələrdə hərbçilərin sayını artırması Moskvanın narazılığına səbəb olub.

“Rusiya kompramisə getməyi bacarmalıdır”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

“Rusiyanın keçirdiyi təlimlər, sərhəddə “İsgəndər-M” raketkomplekslərinin yerləşdirilməsi NATO və Rusiya arasındakı böhranlı vəziyyəti daha da şiddətləndirir. Hazırda Rusiya-NATO münasibətlərini gərginləşdirən əsas məsələ Ukrayna, müəyyən qədər də Gürcüstan məsələsidir. Rusiya Ukrayna məsələsində müəyyən güzəştlərə getməlidir. Məsələn, Donbas və Malorossiya deyilən ərazilərdən qoşunlarını geri çəkməlidir. Əks təqdirdə qarşıdurma daha da gərginləşəcək. Rusiya sərhədləri boyunca NATO-nun hava hücumundan müdafiə sistemləri, əsgərləri, zirehli texnikası və hərbi hava qüvvələri səfərbər ediləcək. NATO Ukrayna və Baltikyanı respublikaları Rusiyanın təcavüzündən qorumaq məqsədilə həmin ərazilərə qoşun və hava hücumundan müdafiə sistemləri yerləşdirdiyini deyir. Rusiya fövqəldövlət olmağa can atdığı bir şəraitdə NATO və qərb dünyasının ciddi müqaviməti ilə qarşılaşır. Rusiya nəzərə almalıdır ki, qərb dövlətlərinin müqavimətini sındırmaq gücünə malik deyil. Yeni sanksiyaların tətbiqi bu ölkə üçün ağır nəticələrə gətirib çıxaracaq. Vəziyyət müharibə həddinə çatmayacaq, lakin Rusiyanın maddi-texniki bazasını sarsıdaraq öz sərhədlərinə doğru çəkilməyə vadar edəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar