Xəbər lenti
72 yaşlı qadın 27 yaşlı ərinin vizası üçün 25 min dollar xərclədi
Britaniya mətbuatı Dorçesterdən olan 72 yaşlı təqaüdçünün 27 yaşlı nigeriyalı ərinə qovuşa bilməməsinə diqqət yetirib.
Oxu.Az-ın The Sun nəşrinə istinadən məlumatına görə, Britaniya hökuməti gənc oğlana viza verməyib.
Nəşr qeyd edir ki, Angela Nvaçukvu Nigeriyaya səfərlərə və sevgilisinin Afrikadan Birləşmiş Krallığa gətirilməsi cəhdlərinə ümumilikdə 20 min funt sterlinq (25 min ABŞ dolları) xərcləyib.
Qadın bildirib edib ki, SiDceylə 2015-ci ildə “Facebook”da tanış olub. Gənc oğlan özü ona yazıb və tanış olub.
“O mənim ən kiçik nəvəmdən altı yaş balacadır, lakin mən özümlə heç nə edə bilmədim”, - qadın xatırlayır.
Bir ay “Skype”da danışıqlardan sonra SiDcey britaniyalı qadın sevgi etirafı edərək onun evlilik təklifi göndərib. Qadın razılaşıb. Cütlük tanışlıqdan 3 ay sonra Laqosda nikaha daxil olublar. Toy günü onlar ilk dəfə bir-birlərini həyatda görüblər. Bundan sonra qadın gənc sevgilisinə viza almaq istəyib, lakin ona “yox” cavabı verilib.
“Bundan sonra mən bu qərara etiraz etdim, lakin etirazlarım qəbul olunmadı. Ona hətta turist vizası belə verilmirdi”, - Nvaçukvu deyir.
Toydan sonra qadın iki dəfə ərinin yanına Nigeriyaya gedib — 2016-cı ilin martında və 2017-ci ilin yanvarında.
Qadın indi ümid edir ki, 2018-ci ildə SiDcey tələbə vizasını alacaq və nəhayət onun yanına gələcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar