Xəbər lenti
"Türkiyəyə düşmən olan bizə də düşməndir" - Nursultan Nazarbayev
"Türkiyəyə düşmən olan bizə də düşməndir".
Türkiyə KİV xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ankaraya səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
O, jurnalistin Qazaxıstandaki Fətullahçı terror təşkilatının (FETÖ) məktəbləri haqqında sualına belə cavab verib: "Bu məktəblər 1990-cı illərdə fəaliyyətə başlayıb. Biz Türkiyəyə qarşı olanları dəstəkləməyəcəyik. Bu vəziyyət maraqlarımıza uyğun deyil. Bu məsələdə Türkiyə prezidenti ilə anlaşdıq. Belə ki, hər iki ölkənin təhsil nazirlikləri işçi qrupu yaradacaq və həmin məktəblərlə bağlı araşdırma aparacaq. Həqiqətən FETÖ ilə əlaqəsi olanlar müəyyənləşərsə, biz həmin müəllimləri geri göndərəcəyik və Türkiyə dövlətindən başqa müəllimlər istəyəcəyik".
N.Nazarbayev vurğulayıb ki, həmin məktəblərin müəllimləri arasında terrorla əlaqəsi olanlar varsa, Türkiyənin bütün tələbləri nəzərə alınacaq.
O xatırladıb ki, Qazaxıstanda məktəblərin hamısı dövlət nəzarəti altındadır: "Dörd dildə təhsil verilir və müəllimlərin 90 faizi də ölkə vətəndaşlarıdır. Məktəblər dövlət büdcəsindən maliyyələşdirilir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar