Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sarkisyan Rusiyada 18 nəfərin ölümünə səbəb olan cinayətkarı əfv edəcək

Tarix: 20-08-2017 22:28     Baxış: 5280 A- / A+
Sarkisyan Rusiyada 18 nəfərin ölümünə səbəb olan cinayətkarı əfv edəcək


Ermənistan prezidenti amnistiya fərmanı ilə Rusiyada 18 nəfərin ölümü ilə nəticələnmiş avtomobil qəzasını törətmiş Qraç Arutunyanı əfv etmək niyyətindədir.

Manevr.az xəbər verir ki, bu barədə hazırda həbs cəzası çəkən Arutunyanın yaxınları bildiriblər.

Onların sözlərinə görə, Arutunyan ilin sonunda azadlığa çıxacaq.

"Komissiyada mənə bildirdilər ki, Arutunyan dekabrın sonunda əfv ediləcək", - deyə müttəhimin qaynatası Viktor Martirosyan bildirib.

Bundan əvvəl isə Arutunyan əfv edilməsi üçün prezident Serj Sarkisyana müraciət edib. Xatırladaq ki, o, idarə etdiyi "KaMAZ" markalı avtomobillə 2013-cü ildə Rusiyada, Podolsk yaxınlığında ağır qəza törədib. Hadisə nəticəsində 18 nəfər ölüb, 60-dan çox insan müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Arutunyan bu cinayətinə görə 2014-cü ildə Rusiya Məhkəməsinin qərarı ilə 6 il 9 ay azadlıqdan məhrum edilib. O, 2017-ci il, iyulun sonlarında cəzasının qalan hissəsini çəkmək üçün Ermənistana ekstradisiya edilib. Avqustun 18-də Yerevan Məhkəməsi Arutunyanın işi ilə bağlı hökmü qüvvədə saxlayıb.

Lakin Ermənistan rəhbərliyi ağır cinayət törətmiş cinayətkarı ölkəyə ekstradisiya edildikdən sonra qısa müddətdə azadlığa buraxmaq niyyətindədir."Report"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar