Xəbər lenti
Gürcüstandan Ermənistana ərazi iddiası

Ermənilər gürcülərin arxasında Azərbaycanın daynadığını iddia edirlər
Gürcüstanla Ermənistan arasında gerləşən Xuçapvəng kilsəsi iki ölkə arasında ərazi münaqişəsinə səbəb olub.
İstiPress-in məlumatına görə, erməni ekspertlər gürcü millətçilərinin kilsənin Gürcüstan ərazisində qalması barədə radikal çıxışların arxasında Azərbaycanın dayandığını iddia edirlər.

Söhbət Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların yaşadığı Ağkörpü kəndinin yaxınlığında yerləşən Xuçapvəng kilsəsindən gedir. 13-cü əsrdə tarixi Lori mahalında tikilmiş məbəd heç zaman erməni kilsəsi olmayıb, böyük ehtimalla regionda yaşayan türkdilli xristinaların - frenklərin, urumların və s. ibadət yeri olub. Region Səfəvi və Osmanlı imperiyaları arasında keçən döyüşlərdə əldən ələ keçib. Rusiya işğalından sonra Tiflis quberniyasına, daha sonra isə Gürcüstana tabe olub. 1921-ci ildə regionu ələ keçirən bolşeviklər əsasən azərbaycanlıların və qismən də rusların yaşamasına baxmayaraq tarixi Lori mahalını, eləcə də Xuçapvəng kilsəsini Ermənistana tabe ediblər.

Xuçapvəng kilsəsinin yeri - XƏRİTƏ
Ermənistan Xuçapvəng kilsəsini özününkü saymır, buna görə abidə müstəqillik illərində yararsız hala düşüb. İki ölkə arasında gedən sərhəd demarkasiya proseduru zaman kilsənin Ermənistanda qalması ehtimalı var ki, bu gürcü vətənpərvərlərin qəzəbinə səbəb olub.

Amma gürcülər pravoslav kilsəsi olduğundan onu öz məbədləri sayırlar. “Facebook” istifadəçisi Georgi Çelidze öz səhifəsində müraciət edərək avqustun 31-inə etiraz mitinqi təyin edib. Gürcüstan hökumətinin binasının qarşısında keçiriləcək mitinqdə əsas şüar "Erməni işğalına son qoyaq!" sözləri olacaq.
Ermənistan Dövlət İdarəetmə Akademiyasıın elmi əməkdaşı Conni Melikyan gürcü vətənpərvələrinin arxasında Azərbaycanın durduğunu iddia edib:
“Sifarişçilər müxtəlif ola bilər. O cümlədən Azərbaycan tərəfi. Bakı Güpcüstanda nəzarət etdiyi KİV-lər vasitəsi ilə dəfələrlə belə üsullara əl atıb”.
Qəribədir, indiyə kimi ermənilər qonşularına - Türkiyəyə, Gürcüstana və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edirdilər. İndi özləri bununla üzləşiblər. Buna görə də günahı üçüncü qüvvələrdə axtarırlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar