Xəbər lenti
Putin “Rus Məkkəsi” yaradır - Krımın ilhaqının sirri bunda imiş...
Xəbər verildiyi kimi Rusiya prezidenti V.Putin 18 avqustda Krıma - Sevastopola gəlib. Rusiya prezidenti alimlər və şəhər ictimaiyyətinin nümayəndələri ilə “Xersones Tavriçeskiy” muzey-qoruğunda görüş keçirib.
Manevr.az Rusiya KİV-nə istinadən bildirir ki, həmin görüşdə Putin Xersonesdə “Rus Məkkəsi” yaratmaq lazım olduğunu deyib. Belə ki, burda knyaz Vladimirin vəftizindən - yəni xristianlığı qəbul etməsindən, xaç suyuna salınmasından sonra Rusiya dövlətinin möhkəmlənməsi başlamışdır.
“Durduğumuz yer bizim xalq və dövlətçilik üçün nadir əhəmiyyətə malikdir. Ona görə yox ki, burda knyaz Vladimir xaç suyuna salınıb, xristianlığı qəbul edib, məsələ ondadır ki, bu hadisədən sonra mərkəzləşmiş rus dövlətinin möhkəmlənməsi başlamışdır.”- deyə, Putin əsl niyyətini ifadə edib...
Xatırladaq ki, əksər rus tarixçiləri Knyaz Vladimiri (hak. illəri:978-1015) Rusiya mərkəzləşdərilmiş dövlətçiliyinin banisi sayırlar. 2016-cı ildə V.Putinin təşəbbüsü ilə Knyaz Vladimirin Moskvada böyük heykəli dəqoyulmuşdur. Vladimirin 988-ci ildə məhz Krım yarımadasındakı yunan xrsitianlar üçün müqəddəs olan Xersones adlanan məkanda xaçpərəstliyi qəbul etdiyi iddia olunur. Görünür, XV-XVIII əsrlərdə Osmanlı türklərinin əlində olan, sonradan çar Rusiyası tərəfindən işğal edilən və sovet dövründə inzibati cəhətdən Ukraynaya verilmiş Krımın Kreml tərəfindən ilhaqının əsas dini-siyasi səbəbi də məhz budur...
Qeyd: Bundan sonra Krımın işğalına bu ad altında daha çox bəraət qazandırılacaq və günü sabahdan kampaniya formasında Xersonesə ziyarət başlasa.., təəccüblənməyin...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar