Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilər Azərbaycanla Kanadanın əməkdaşlığına mane olmaq istəyir

Tarix: 17-08-2017 07:34     Baxış: 3316 A- / A+
Ermənilər Azərbaycanla Kanadanın əməkdaşlığına mane olmaq istəyir


Kanadanın erməni diasporası Azərbaycanla Kanadanın İNKAS şirkəti arasında Azərbaycan DİN üçün zirehli transportyorların təchizatı ilə bağlı sazişin həyata keçirilməsinə mane olmaq istəyir


Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, AZCAN birgə müəssisəsi Azərbaycanda həmin zirehli maşınların yığılması ilə məşğul olacaq.

Siyasi məsələlər üzrə Kanada-Ermənistan komitəsinin prezidenti Şage Tanaçyan Kanadanın baş naziri Castin Trüdoya məktub göndərərək, erməni diasporasının bu məsələdən narahatlıq keçirdiyini bildirib. Bundan əlavə, Kanadanın Erməni Milli Komitəsi (ANCC) parlament üzvlərinə müraciət edərək, Azərbaycan-Kanada əməkdaşlığının müzakirəsi üçün görüş keçirilməsini xahiş edib.

Öz növbəsində, Kanada xarici işlər nazirinin mətbuat katibi Adam Ostin bildirib ki, nazirliyin nümayəndəsi erməni icmasının təmsilçiləri ilə görüşəcək.
İş o yerə çatıb ki, Azərbaycanın Kanadada müvəqqəti işlər vəkili Ramil Hüseynli bununla bağlı Kanada radiosuna şərh verib. O deyib ki, ermənilərin bu zirehli maşınların cəbhə zonasında istifadə ediləcəyi ilə bağlı hay-küyü tamamilə yersizdir, çünki həmin texnika daxili işlər orqanları üçün alınır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar