Xəbər lenti
Putin buranı ələ keçirərsə.... - Yüz minlik qoşunla HÜCUM HAZIRLIĞI
“Qərb-2017” hərbi təlimlərdə iştirak edəcək birinci Rusiya əsgərləri artıq Belorusa gəliblər. Amma Qərbin həyacan siqnalı çoxdan çalınıb. Planlaşdırılmış birgə Rusiya-Belarus təlimləri regionda güclü qorxu yaradıb. Ukrayna, Polşa, həmçinin Baltikyanı ölkələr özlərini təhdid altında hiss edir. Amma Moskvanın məntiqinə görə bu təlimlər lazımdır, çünki Moskva NATO təhlükəsini yenidən görür.
“Qərb” adlı təlimlər hər dörd ildən bir keçirilir
Yaxın vaxtlarda Ukrayna prezidenti Pyotr Poroşenko belaruslu həmkarı Aleksandr Lukaşenk ilə görüşdü. Lukaşenko Kiyevi əmin etdi ki, genişmiqyaslı təlimlər zamanı Belarus ərazisindən heç bir tank Ukrayna sərhədini keçməyəcək. Amma Kiyev ehtiyat edir ki, Rusiya istənilən Avropa ölkəsinə qarşı təcavüz üçün bu təlimlərdən istifadə edə bilər. Hər halda, Ukraynanın müdafiə naziri Stepan Poltorak belə düşünür.
May ayında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov xəbərdarlıq edib ki, Rusiya Belarusla birgə keçirəcəyi “Qərb-2017” genişmiqyaslı təlimlər zamanı Avropa istiqamətində, xüsusilə Polşa və Litvaya qarşı hücum əməliyyatlarını yerinə yetirməyə hazırlaşır.
Eyni zamanda, qalanları da narahatdır. Hər şeydən əvvəl, Polşa, üç Baltikyanı dövlət və NATO-nun rəhbərliyi. “Qərb” təlimləri 2009-cu ildən hər dörd ildən keçirilir. Amma ötən təlimlərdə indiki kimi həssas reaksiya verilməyib. Bu, Ukrayna münaqişəsi və Krımın zəbt edilməsinə görə Rusiya və Qərb arasında ağır siyasi böhranın başlanmasından sonra birinci təlimdir.
Təlimlər sentyabrın ortalarında bir həftə ərzində keçiriləcək. Təlimlərdə Moskvanın məlumatına görə, 12,7 min hərbi qulluqçu və 1-ci qvardiya tank ordusu iştirak edəcək. İkinci Dünya Müharibəsi zamanı formalaşdırılan tank ordusu 2016-cı ildə yenidən yaradılıb. Tank ordusu Qərbin qorxudulması üçün Rusiya tərəfindən yenidən yaradılmışdı.
Daha əvvəl Ukrayna Ali Radasının spikeri Andrey Parubiy bildirib ki, “Qərb-2017” təlimləri Belarus ərazisindən Ukraynaya birbaşa təcavüzə çevrilə bilər.
Vaşinqtonda yerləşən Atlantik Şurasının xarici siyasət məsələləri üzrə eksperti Stiven Blank mart ayında “Atlantic Council” üçün yazdığı məqaləsində qeyd edib ki, “Qərb 2017” təlimləri və Rusiyanın digər hərbi planları Ukrayna, Belarus və hətta Qafqaza yeni müdaxilə barədə qorxuları artırır.
Analitiklərə görə, avqust-sentyabr aylarında Belarusda keçiriləcək “Qərb-2017” təlimlərində Rusiyanın məqsədi NATO-ya güc nümayişi ilə yanaşı, Belarusun da onun təsir dairəsində olduğunu nümayiş etdirməkdir. Hansı ki, indi Belarus bunda o qədər də maraqlı deyil. Minsk Qərblə münasibətləri normallaşdırmağa çalışır və bu istiqamətdə xeyli irəliləyişlərə nail olub. Məhz bu səbəbdəndir ki, son vaxtlar Moskva və Minsk arasında münasibətlərdə soyuqluq yaranıb.
Stoltenberq Rusiya məlumatlarından şübhələnir
Moskva rəqəmlər haqqında NATO-nu adətən əvvəlcədən məlumatlandırır. Amma Qərb ona verilən məlumatların həqiqətəuyğun olmasından şübhələnir. NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, Moskvanın verdiyi məlumatlar ittifaqa üzv dövlətləri tərəfindən şübhəli sayılacaq.
“Əvvəlki təlimlər də göstərdi ki, Moskva təlimlərə göstəriləndən daha çox qoşunları cəlb edib”, - NATO-nun baş katibi bildirib.
Litvanın müdafiə naziri Raymundas Karoblis isə 100 min Rusiya əsgəri haqqında danışır. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin “NATO-nu yoxlamağa” hazırlaşır. Litva ehtiyat edir ki, təlimlər başa çatdıqdan sonra Rusiya əsgərləri Avropa İttifaqının sərhədlərində qala bilər.
Prezidentliyə keçmiş namizəd, Belarusun müxalifət siyasətçisi Nikolay Statkeviç də bunu mümkün hesab edir. O qeyd edib ki, Belarus təlimlər nəticəsində öz müstəqilliyini itirə bilər. Lukaşenko isə bütün bu iddiaları rədd edir.
NATO-nun “Axilles dabanı”
Litva və Polşa arasında sərhəd sahəsi olan “Suvalkovski dəhlizi” NATO-nun ən zəif yeri hesab edilir. Dəhlizin eni təxminən 100 kilometrdir və qərbdə Rusiyanın Kalininqrad vilayəti, şərqdə isə Belarusla həmsərhəddir. Müharibə olacağı halda dəhlizin Rusiya tərəfindən tutulması NATO-nun Baltikyanı ölkələrinə yolunu kəsəcək. Təsadüfi deyil ki, ekspertlər “Suvalkovski dəhlizi”ni tez-tez NATO-nun “Axilles daban”ı adlandırırlar.
Təsadüfi deyil ki, , 17-19 iyun tarixlərində Litvada və Polşada keçirilən təlimlərdə də “Suvalkovski dəhlizi”nin müdafiəsi işlənilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar