Xəbər lenti
Gülnarə Kərimovanın oğlu Özbəkistan elitasını hədələdi

Özbəkistanin birinci prezidentinin böyük qızı Gülnarə Kərimovanın oğlu İslam Kərimov BBC-yə müsahibəsində bildirib ki, onun anasına şər atıblar, ona qarşı bəyanatlar saxtalaşdırılıb, babası qızının şöhrətinə qısqanclıqla yanaşıb.
İslam özü isə Özbəkistan hökumətinin üzvlərinə qarşı ifşaedici materialların dərcinə hazırlaşır.
Avqustun 1-də kiçik İslam Kərimov Yaşnabad rayon məhkəməsinin qərarını əldə edib. Həmin sənəddə bildirilir ki, onun anası iyulun 3-də qəbul edilmiş qərarla həbs olunub, lakin saxlanıldığı yer göstərilmir.
Cinayət işində adı çəkilən 2 milyard dollara gəlincə, İslam Kərimov qeyd edib ki, bu məbləği sübuta yetirəcək heç bir fakt yoxdur və o, bir neçə dəfə artırılıb.
“Mən indi adlar çəkməyəcəyəm, lakin hakimiyyətdə olan – güc strukturlarından tutmuş hər bir nazirə qədər bir çox adamların layihələrlə bağlı böyük sənədi dərc etməyə hazırlaşırıq. Onların hər birinin daha böyük varidatı var – 2 milyard yox, 3-4 milyard və daha çox. Lakin heç kəs bu barədə danışmır”, – kiçik İslam Kərimov bildirib.azərbaycan24
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































