Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən qocaman ailəsi özünün uzunömürlülük sirrini açıb

Tarix: 31-07-2017 20:43     Baxış: 5355 A- / A+
Dünyanın ən qocaman ailəsi özünün uzunömürlülük sirrini açıb

Ümumi yaşları üst-üstə 1073 il olan şimali irlandiyalı 13 bacı və qardaş sağlamlıqlarının və uzun ömür sürmələrinin sirrini açıb.

Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, Donelli ailəsi bu il ən qocaman ailə olaraq "Ginnesin rekordlar kitabı"na daxil edilib. Qardaşların ən böyüyünün 93 yaşı, ən kiçiyinin isə 72 yaşı var. Onlar atalarından yatmazdan əvvəl "isti bir şey" yemək adətini götürüblər. Kiçik qardaş Co axşam saat 10 radələrində bir qayda olaraq yulaf yarması, səhər saat 7-də isə yulaf, süd və bir qədər də alma cemi yediklərini bildirib.

Nəşrin məlumatına əsasən, qan təzyiqini normallaşdıran, xolesterinin səviyyəsini aşağı salan, ürəyi qoruyan yulaf yarması, həmçinin şəkərli diabetə qarşı profilaktik vasitədir.

Donelli ailəsi ömür boyu yalnız öz bağçalarında yetişdirdikləri meyvə-tərəvəz və digər təbii ərzaqlarla, həmçinin öz toyuqlarının yumurtaları ilə qidalanıb. Onlar hətta çörəyi belə özləri bişirib, alkoqollu içkiləri isə nadir halda qəbul ediblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar