Xəbər lenti
Qüdsdə yenidən ara qarışdı : 50 yaralı

Qüdsün tarixi mərkəzində baş vermiş toqquşmalar nəticəsində azı 50 nəfər xəsarət alıb.
Manevr.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə "Qızıl Aypara” cəmiyyətinin məlumatında bildirilir. "Əməkdaşlarımız toqquşmalar zamanı xəsarət alan 56 şəxsə kömək ediblər”, - deyə cəmiyyətin məlumatında bildirilir.
Polisin məlumatına görə, asayiş keşikçilərinin Əl-Aksa məscidi qarşısında toplaşan dindarlar tərəfindən daş-qalaq edilməsi qarşıdurmaya səbəb olub. Polis toqquşmalar zamanı yalnız bir polis əməkdaşının yaralandığını iddia edir.
Fələstinlilər isə, öz növbəsində, insidentin baş verməsində israilliləri günahlandırıblar. Onlar israillilərin dindarların Əl-Əksa məscidinə daxil olmasına imkan vermədiklərini iddia ediblər.
Polis əməkdaşlarının səsli qumbara və rezin güllələrdən istifadə etdiyi bildirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























