Xəbər lenti
Avropa dizel avtomobillərindən imtina edir?

Bu gün Almaniyanın "Wolkswagen" avtomobil şirkətinin direktorlar şurası onlara qarşı qaldırılmış yeni ittihamları müzakirə etmək üçün toplaşacaq.
Manevr.az xəbər verir ki, "dizelqeyt"in yeni mərhələsi Avropada dizel yanacağı və motorlarından istifadənin sonuna gətirib çıxara bilər.
Qeyd edək ki, 2015-ci ildə başlayan dizel skandalı cəmiyyətin bu yanacaq növünə olan münasibətini dəyişib. Əgər əvvəllər avropalılar ABŞ-da başlayan dizel skandalını müvəqqəti rəqabət problemi kimi görürdülərsə, hazırda onlar dizel yanacağının onların sağlamlıqlarında zərər verdiklərinə inanmağa başlayıblar. Məhz bu səbəbdən ilin ilk yarısında Böyük Britaniyada dizel mühərrikli avtomobillərin satışı 10%, Almaniyada 9%, Fransada isə 7% azalma göstərib. Ajiotaj o qədər böyüyüb ki, dizel problemi siyasi məsələyə çevrilib. Avqust ayında Almaniya siyasətçiləri və avtoimobil şirkətləri nümayəndələrinin Berlində sammit keçirəcəkləri gözlənilir. Xatırladaq ki, hazırda Avropada satılan avtomobillərin yarısından çoxunu dizel mühərrikli avtomobillər təşkil edir. Lakin, avropalılar dizel yanacağının təmiz olması barədə açıqlamaların həqiqətə uyğun olmadığını, bu yanacaq növünün astma və ağciyər xəstəliklərinə səbəb olmasına inanmağa başlayıblar.
Avropalı alıcılar gələcəkdə dizel mühərrikli avtomobillərin hərəkətinə qadağa qoyulacağı təhlükəsi ehtimalı ilə kütləvi şəkildə bu növ nəqliyyat vasitələrinin alışından imtina etməyə başlayıblar. Avropalı avtomobil istehsalçılarının dizelə üstünlük vermələri, onların elektrikli və hibrid avtomobil istehsalına investisiya qoymaq strategiyalarının inkişaf etməsinə mane olub. İndi isə onlar sürətlə bu buraxılan səhvi düəzltmək məcburiyyətindədirlər. (report)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar