Sizin Reklam Burada
Xəbər lenti
10-08-2025
09-08-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyada yeni avtomobil istehsalçısı peyda oldu -FOTO

Tarix: 23-07-2017 15:15     Baxış: 4328 A- / A+
Dünyada yeni avtomobil istehsalçısı peyda oldu


Amerikanın Scuderia Cameron Glickenhaus (SCG) şirkəti avtomobil istehsalçısı statusu və ABŞ-ın yol hərəkəti təhlükəsizliyi üzrə Milli Federasiyasının bəzi güzəştlərini alıb. Bu barədə şirkətin Facebook səhifəsində məlumat verilib.

Manevr.az auto.az-a istinadən bildirir ki, güzəştlərə bəzi ekoloji standartlara, o cümlədən zərərli tullantıların məhdudlaşdırılması barədə normativlərə riayət etməməyə icazə daxildir. Amerika hökuməti bu cür icazələri yalnız tək-tük avtomobil və ya replikarlar buraxan şirkətlərə verir. SCG isə cəmi 325 ədəd sportkar istehsal etməyə hazırlaşır və məhz buna görə də status ilə yanaşı, bu güzəştləri də əldə edib.

SCG şirkəti 3 sportkar hazırlayacaq: SCG 003S - superkar, ümumişlək yollarda istifadə edilmək üçün sertifikatlaşdırılıb. Avtomobil 4,4-litrlik, 750 a.g.-ə (800 Nm) malik səkkizliklə və 7-pilləli sekvental sürət qutusu ilə təchiz edilib. Bu avtomobil ilk yüzlüyü 2,9 saniyəyə yığır, maksimal sürət isə 350 km/saatdır.

Tam ötürücülü yürüş superkarı SCG 003C 3,5-litrlik, 530 a.g. verən tvin-turbo Honda altılığı ilə təchiz edilir və artıq Nyurburqrinqdəki marafonda əks-səda doğurub. Bu avtomobil yalnız yürüş sertifikatı alıb. Üçüncü superkar SCG 003CS-dir. O, avqustun 18-də təqdim ediləcək və gələn ildən satışa çıxarılacaq.

Hər bir sportkar 2 milyon dollara satılacaq. İl ərzində cəmi 6 avtomobilin istehsalı planlaşdırılır, 2019-cu ildən isə satış ikiqat artmalıdır. Bundan sonra şirkətin sahibi, eks-rejissor və biznesmen Ceyms Qlikenhaus digər layihələrlə məşğul olacaq.

Dünyada yeni avtomobil istehsalçısı peyda oldu
Dünyada yeni avtomobil istehsalçısı peyda oldu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar