Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya və Ermənistan arasında diplomatik qalmaqal

Tarix: 05-09-2016 11:55     Baxış: 3617 A- / A+
Rusiya və Ermənistan arasında


Ermənistanın Rusiyadakı səfiri Oleq Esayan tanınmış erməni politoloq, “Qloballaşma və regional əməkdaşlıq” mərkəzinin rəhbəri Stepan Qriqoryanın Rusiyaya girişinə qadağa qoyulması ilə bağlı izahat tələb edib.

Manevr.az xəbər verir ki, bu barədə hakim Respublika partiyasının parlament fraksiyasının rəhbəri Qaik Melikyan Azadlıq Radiosunun erməni bölməsinə müsahibəsində bildirib.

“Hesab edirəm ki, bu qadağa ilə bağlı rəsmi bəyanat verilməlidir. Yalnız bundan sonra nəyin baş verdiyini aydınlaşdırmaq olar. Hesab edirəm ki, Ermənistanın Rusiyadakı səfirinin tələbi ilə bağlı rəsmi bəyanat veriləcək. Yalnız bundan sonra biz rəsmi məlumata əsaslanaraq bəyanat verəcəyik”, - Melikyan bildirib.

Xatırladaq ki, daha əvvəl Qriqoryan Moskvada hava limanında saxlanılıb. Rusiyalı sərhədçilər onun 2030-cu ilədək Rusiyaya girişinin qadağan olunduğunu bildirib.

Politoloqun fikrincə, onun rəhbərlik etdiyi təşkilat erməni xalqının gələcəyini Avropa ailəsində görür. Məhz bu mövqe Rusiya hakimiyyətinin onun barəsində qəbul etdiyi qərara təsir edib.

Qeyd edək ki, Qriqoryan avqustun 30-da Ermənistana deportasiya olunub.(AzVision.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar