Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

Yüzlərlə qaçqın uşağın ittiyi ölkə

Tarix: 04-09-2016 19:52     Baxış: 3606 A- / A+
Yüzlərlə qaçqın uşağın ittiyi ölkə

Son 5 ildə Böyük Britaniyaya valideynlərinin və yaxınlarının müşayiəti olmadan qaçqın qismində gələn yüzlərlə uşaq ölkə ərazisində itib.

APA-nın məlumatına görə, bu barədə “Independent” qəzeti Böyük Britaniya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Son 5 ildə Böyük Britaniyaya yetkin insanların müşayiəti olmadan 10 minə qədər uşaq gəlib. Bu uşaqlar müharibə, yoxsulluq və ölkələrində təqib edilmələri səbəbindən qaçqın düşüblər. Bu uşaqlar əsasən uşaq evlərində və qoruyucu ailələrdə yerləşdirilib, sosial xidmət işçilərinə isə bu uşaqları diqqət mərkəzində saxlamaq tapşırılıb. Ancaq son 5 ildə 360 uşaq itib. Bu uşaqlardan 200-ü ilə 2 ildir ki, əlaqə saxlamaq mümkün olmayıb. Leyboristlər yaranmış duruma görə hakimiyyəti günahlandırır.

“Independent” qəzeti yazır ki, uşaqların itməsinin səbəblərindən biri insan alverçilərinin fəaliyyəti ilə bağlı ola bilər. Uşaqların bir qismi isə psixoloji travma və stress, o cümlədən hakimiyyətin onları deportasiya etməsindən qorxaraq qaçmağa cəhd göstərmiş ola bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar