Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Alimdən ŞOK XƏBƏRDARLIQ : 30 ildən sonra insanlar...

Tarix: 15-07-2017 15:04     Baxış: 4653 A- / A+
Alimdən ŞOK XƏBƏRDARLIQ


Məşhur Böyük Britaniya astrofiziki Stiven Hokinq insanların başqa planetlərə miqrasiyasının müddətini açıqlayıb.
Manevr.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, fizikə görə, insanlar ən yaxın 30 ildə Yer kürəsindən köçməyə başlamalıdır.
Alim hesab edir ki, yaxşı koloniyaların yaradılması üçün Ay və Mars daha münasibdir. Onun fikrincə, Ay 30, Marsda isə 50 il ərzində koloniya yaradıla bilər.
Bundan başqa, Hokinq Günəş sistemini tərk etməyi və bizə ən yaxın ulduzlar sisteminə - “Alfa Sentavra”ya yola düşməyi təklif edib. Alimlərin fərziyyəsinə görə, bu sistemdə həyat üçün yararlı olan “Proxima b” planeti mövcuddur.
Onun sözlərinə görə, kosmik miqrasiya iqlim dəyişikliyi, əhalinin sürətlə artması və planetin başqa problemlərindən qaçmağa imkan verəcək. Astrofizik uzaq kosmik sərhədlərin mənimsənilməsi ilə Amerikanın Xristofor Kolumb tərəfindən kəşfini müqayisə edib. O, başqa planetlərə miqrasiyanı insan sivilizasiyasının təbii inkişaf yolu adlandırıb.
Qeyd edək ki, Stiven Hokinq daha əvvəl Yer kürəsində 100 il sonra qlobal faciənin olacağını proqnozlaşdırıb. O, müsahibəsində deyib ki, bəşəriyyət başqa planetlərə köçməyə məcbur olacaq. Alimin fikrincə, 4 səbəb qlobal faciənin gətirə bilər: qlobal iqlim dəyişikliyi, pandemiya (yoluxucu xəstəliyin, məsələn, vəba, taun və qripin bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkələri əhatə etməsinə deyilir – red.), böyük asteroid zərbəsi və Yer kürəsinin əhalisinin sürətli artımı. Nəticə olaraq, planetin bəşəriyyət üçün yararsız olacağı güman edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar