Xəbər lenti
Antarktikadan nəhəng aysberq ayrılıb - SON DƏQİQƏ

Antarktikadakı "Larsen" buz sahəsində böyüyən çat nəhayət qopub.
Cənub qütbü ilə Atlantik okean arasındakı ərazidə insanlığın indiyə qədər görmədiyi nəhəng aysberq ortaya çıxıb.
Təxminən 6 kilometrlik bir ərazini əhatə edən aysberqin qopmasını ABŞ peyki müəyyən edib. Aysberqin qalınlığı 200 metrdən çox, çəkisi 1 trilyon ton, sahəsi 6 min kvadratkilometrdir. Qopan aysberq İstanbuldan böyük, Kıbrıs adasının üçdə ikisi və Uels ərazisinin dörddə birinə bərabərdir.
Qeyd edək ki, “Larsen A” buz çıxıntısı 1995-ci ildə çöküb. 2002-ci ildə” Larsen B”də ani qopma baş verdiyi üçün elm adamları “Larsen C”dəki çatı illərdir nəzarət altında saxlayıb. Mütəxəssislər nəhəng aysberqin əsas kütlədən ayrılması vəziyyətində “Larsen C”nin də “Larsen B” kimi çökməsindən narahatdır. “Larsen” buzdağı indiyə qədər qeyd edilən 10 ən böyük aysberqlər sırasında yer alıb. Lakin 1956-cı qırılan və sahəsi 32 min kvadratkilometr təşkil edən aysberqin ən böyük olduğu ehtimal edilir. Həmin buz dağının sahəsi Belçika ərazisindən böyük olub.
Hazırda qitədən axan buzlaqların dənizə enməsi “Larsen C” buz sahəsi tərəfindən əngəllənir. Bu əngəl ortadan qalxsa, təxminlərə görə, qlobal olaraq dəniz səviyyəsi 10 santimetr yüksələ biləcək.metbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar