Xəbər lenti
Döyüş başa çatdı: bir neçə saata qələbə ELAN EDİLƏCƏK
Aylardır Mosulda İraq ordusunun birliklərinə müqavimət göstərən İŞİD-in terror təşkilatının şəhərdən təmizlənməsinə saatlar qaldı.
Manevr.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraqın dövlət televiziyası qısa müddətdə qələbənin elan ediləcəyini bildirib.
İraq ordusu bir neçə gün əvvəl şəhərdə yalnız 300-ə qədər terrorçunun qaldığını açıqlamışdı. Terrorçuların qurduğu son müdafiə xəttinin da yarıldığı bildirilir.
İŞİD lideri Əbubəkr Əl-Bağdadinin “xilafət” elan etdiyi Əl-Nuri məscidi iyunun 29-da azad edilmişdi.
Mosul azad edilməsi əməliyyatında ordu birlikləri ilə yanaşı Peşmərgə (kürd qüvvələri), “Haşdi Şabi” şiə qruplaşması və sünni tayfa gücləri iştirak edib. Əməliyyata ümumilikdə 100 min silahlı qatılıb. ABŞ havadan əməliyyata dəstək verib.
İraq qüvvələri bu günə qədər 800-dən çox itki verib, 4 min 600 əsgər isə yaralanıb. Öldürülən terrorçuların sayı 17 mini keçib. Əməliyyatdan əvvəl isə Mosulda 6 min qədər İŞİD döyüşçüsünün olduğu təxmin edilirdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar