Xəbər lenti
256 yaşlı kişi ölümsüzlüyün sirrini açıqlayıb - "Qurbağa kimi oturun, İt kimi yatın və bu bitkiləri..."
Yer kürəsinin ən uzunömürlü insanı Li Sinyun olub. O, dünyanın ən uzunömürlü insanı kimi rekorda imza atıb. Onun bu qədər yaşaması alimləri və jurnalistləri illərlə düşündürüb.
1877- ci ildə isə onun 200 yaşının tamam olması barədə qəzetlərdə məqalələr yazılıb.
Li Sinyunun qonşuları öz xatirələrində qeyd edirlər ki, Li Sinyun müalicəvi otların satışı il məşğul olan adam olub.
O, təxminən 10 il ömrü uzatmaq üçün lazım olan bitkilərin orqanizmə təsiri barədə araşdırmalar aparıb.
Bitki dəmləmələri ilə pəhriz saxlamış və Çində bitkilərin ən yaxı bilicisi kimi tanınıb.
Li Sinyun 23 dəfə evlənib və 200 dəfə ata olub.
10 il müddətində Hansu, Şansi, Tibet, Anname, Siam və Mancuriya bitkilərinin insan orqanizminə təsirini araşdırıb.
Li Sinyun fəaliyytə başladığı ilk 100 ili bitliklərin tərkibinin öyrənilməsinə və dərman vasitəsi kimi hazırlanmasına həsr edib.
Li Sinyun ən çox linçji, qodji giləmeyvəsi, yabanı jenşen, xi şu vu və qotu kolanın satışı il məşğul olub.
Li Sinyun ölənə yaxın yuxarıda adları çəkilən bitkilərlə pəhriz saxladığını etiraf edib.
Onun şagirdlərindən birinin sözlərinə görə, Li bu bitkilərlə pəhriz saxlayan və 300 il yaşayan bir kişi ilə rastlaşıb. Bu adları çəkilən bitkilərin sirrini isə həmin adam ona verib. Ölümünə az qalmış o, ətrafındakılara bu sözləri deyib:
“ Mən bacardığım hər şeyi bu dünyada elədim, inidi isə evimə gedirəm.”
Yuxarıda adları çəkilən bitkilərin uzun ömür yaşamağın sirri ola biləcəyini tibb elmi indi də araşdırır. Amma düşünəndə ki, biz uzun ömür yaşamaq üçün müxtəlif dərman preparatlarından istifadə edirik, o zaman bitkiləri də faydalı ola biləcəyi insanı düşünməyə vadar edir. Bir gün Lidən uzun ömür sürmək üçün nə etmək lazım gəldiyini soruşurlar. O, belə cavab verir:
“ Ürəyinizi sakit saxlayın, qurbağa kimi oturun (bardaş quraraq), göyərçin kimi şax gəzin və evini qoruyan it kimi yatın.”
Li uzun ömür sürmək üçün nəfəs alıb-vermə məşqlərinin də faydalı olduğunu qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar