Xəbər lenti
Gəlin toyu təxirə saldı - Bəyin rəqsi xoşuna gəlməyib
Hindistanda bir gəlin, bəyin toyda oynadığı rəqs xoşuna gəlmədiyi üçün toyu təxirə salıb.
Aznews.az India Times qəzetinə istinadən xəbər verir ki, hadisə Hindistanın şimalındakı Uttar Pradeşh əyalətində, ailələrin razılığı ilə evlənən Priyanka Tripathi və Anubhav Mishranın toyunda baş verib. Gəlinə bütün hədiyyələr gəldikdən sonra, bəy gəlinin qohumları ilə görüşmək əvəzinə DJ-in mahnısına dayana bilməyərək özünü yerə sərir, sürünərək və fısıltılı səslər çıxararaq ilan rəqsini ifa edir. Dostları da onu cuşa gətirərək üstünə pul atırlar.
Sərxoş bəy Hind toylarında məşhur olan bu rəqsi ifa edərkən həddindən çox diqqət çəkir. Gördüklərini utandırıcı qarşılayan gəlin və ailəsi toyu ləğv etmək qərarına gəlir.
Kürəkənin ailəsi gəlini razı salmaq üçün çox dil töksə də, mümkün olmur. Belə ki, toyda gərginlik o qədər artır ki, işə polis qarışmalı olur. Gəlinin atası "Qızımı dəstəkləmək məcburiyyətindəyəm" deyərkən, kürəkənin ailəsi evlərinə qayıdır. Xəbərə görə, gəlin toyun səhəri günü yenə ailələrin razılığı ilə başqasına ərə gedir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar