Xəbər lenti
Erməni sürücü maşını adamların üstünə sürdü
Parisin yaxınlığındakı Kretey şəhərində avtomobil sürücüsü maşını məscid qarşısında dayanan adamların üstünə sürməyə cəhd göstərib. Bu barədə məlumatı “Parisien” qəzeti yayıb.
AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, maşın divara dəyib və polis sürücünü yaxalayıb. “Parisien” qəzetinin məlumatına görə, sürücü nə sərxoş, nə də narkotiklərin təsiri altında olub. Söhbət erməni əsilli kişidən gedir. O, bildirib ki, “Bataklan” və “Yelisey çölləri”nin əvəzini açmaq istəyir.
Xatırladaq ki, 2015-ci il noyabrın 13-də Parisdə silsilə terror aktları törədilib. Belə ki, naməlum şəxslər Parisin Onuncu dairəsinin restoranlarından atəş açıblar, habelə Fransa və Almaniya futbol yığmalarının oynadığı, Prezident Fransua Ollandın da həmin vaxt olduğu “Stad de Frans” stadionu yaxınlığında üç partlayış edilib. Bundan başqa “Bataklan” teatrında girovlar götürülüb. Terror aktları nəticəsində 129 adam həlak olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar