Xəbər lenti
Bu məktub müharibənin olacağından xəbər verir
Toqquşmalarda “çirkli atom bombası” istifadə edilə bilər
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Hamburqda 7-8 iyula nəzərdə tutulan görüşü ərəfəsi dünyanın tanınmış diplomatları onlara açıq məktub imzalayıblar.
İstiPress-in məlumatına görə Manevr.az bildirir ki, Hamburqda G20 sammiti çərçivəsində keçirilən görüşə ünvanlanmış məktuba Münhen təhlükəsizlik konfransının sədri Volfqanq İşinqer, ABŞ senatının Silahlı Qüvvələr üzrə komitəsinin keçmiş sədri Sem Nann, Rusiyanın keçmiş xarici işlər naziri İqor İvanov və Böyük Britaniyanın keçmiş müdafiə naziri Desmond Braun imza atıblar.
Diplomatlar Moskva və Vaşinqtonu kiber hücumların qarşısının alınması üçün dərhal dialoqa başlamağa, hərbi sahədə etibarın artırılması üçün mexanizmlər yaratmağa, heç zaman nüvə müharibəsinin olmayacağı barədə bəyanat verməyə çağırıblar.
Diplomatlar qeyd edib ki, Rusiya ilə Qərbi ayıran uçurum soyuq müharibə dövrünə baxanda hazırda yetərincə dərindir. Məktubda ilk addım kimi birgə bəyanatın verilməsi, ikinci addım Rusiya - NATO arasında böhran idarəetməsi qrupunun yaradılması qeyd edilir. Üçüncü addım isə nüvə və radioaktiv materiallarının İŞİD və digər terror qruplarının əlinə keçməsinin qarşısının alınması üçün birgə təşəbbüslər ola bilər. Çünki terrorçular bu maddalərdən istifadə edərək “çirkli atom bombası” yarada bilərlər və toqquşmalarda bu bombalardan istifadə edə bilərlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar