Sizin Reklam Burada
Xəbər lenti
16-01-2025
15-01-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən xəsis iş adamı öldü

Tarix: 28-12-2024 21:20     Baxış: 388 A- / A+

Yaponiyanın məşhur avtomobil istehsalçısı Suzuki Motor Corporation-a 40 ildən çox rəhbərlik etmiş Osamu Suzuki 94 yaşında limfomadan dünyasını dəyişib.
Tass xəbər verir ki, Osamu Suzuki şirkətə 1958-ci ildə qoşulub və onun təsisçilərindən birinin qızı ilə evlənərək ailənin soyadını qəbul edib. 1978-ci ildə şirkətin prezidenti olan Osamu Suzuki kiçik və ucuz avtomobillərin istehsalına diqqət yetirərək, Suzuki-ni həm Yaponiyada, həm də Hindistan, Cənub-Şərqi Asiya və Macarıstan kimi inkişaf etməkdə olan bazarlarda böyük uğurlara imza atıb.
Suzuki-nin kiçik avtomobil seqmentindəki lider mövqeyi Osamu Suzuki-nin strateji yanaşması nəticəsində uzun illər qorunub saxlanılıb. Onun rəhbərliyi dövründə şirkətin satışları on dəfə artıb. Hətta Yaponiyada böyük korporasiyalar arasında kiçik bir oyunçu olsa da, Suzuki Hindistanda 2023-cü ilə qədər bazar payının 40%-dən çoxuna sahib olub.
Qeyd edək ki, o, dünyanın ən xəsis iş adamlarından biri kimi tanınırdı.Tullantılara nifrət edən və xərcləri azaltmaq üçün daim yenilikçi həllər axtaran Suzuki biznesdə xəsislik və qənaət vəsvəsəsi ilə şöhrət qazanıb. Şirkətin hətta boyaya qənaət etmək üçün fabrikin döşəmə rəngini dəyişdirdiyi də iddia edilir.milli.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar