Xəbər lenti
İçindəki sərnişinlərlə birlikdə yoxa çıxan qatar - DƏHŞƏTLİ HADİSƏ
Qeyri-adi hadisə 1911-ci il iyunun 14-də dəmiryol gəzintisi vaxtı da baş verib. Roma vağzalından gəzintiyə çıxan vaqon şəhərin görməli yerlərinə yol alır.
Qatar yeni çəkilən dəmir yolu tunelinə yaxınlaşır. Qatardan atılmağa imkan tapan iki sərnişinin dediklərinə görə, birdən ətrafı ağ duman bürüyüb, qatar tunelə yaxınlaşdıqca duman qatılaşıb. Şahidlərin dediyinə görə, duman getdikcə yapışqan mayeyə çevrilib. Qatar tunelə girib və yox olub. On ildən sonra həmin qatar Poltava vilayətinin Zavaliçi kəndi yaxınlığında göründü. Maşinistin kabinəsi boş idi, pərdələr bağlı idi. Qeyri-adi hadisələr araşdıran komissiyanın sədri V.P.Leşatıy keçmişdən qayıtmış bu qatarı tədqiq etməyə cəhd etdi. Onun qeydlərinə görə qatar naməlum şəkildə zamanı keçərək bizim dövrə gəlib. Leşatıy 1991-ci ildə qatarın pilləkənində yoxa çıxdı. Qatar hal-hazırda Zavaliçi kəndində dayanıb, lakin heç kəs onu öyrənməyə cəsarət etmir. Alimlər zamanın yerdəyişməsi ideyası ilə razılaşıblar. Burada nəinki zaman möcüzələri baş verir, eləcə də buradakı insanların vaxtından əvvəl qocalmaları da müşahidə olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar