Sizin Reklam Burada
Xəbər lenti
06-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Mercedes"in loqosunu istehsal edən şirkət müflis oldu

Tarix: 24-12-2024 23:04     Baxış: 4139 A- / A+


"Mercedes"in loqosunu  istehsal edən şirkət müflis oldu
“Mercedes-Benz” avtomobilləri üçün üçbucaqlı ulduz nişanları istehsalı ilə tanınan alman plastik istehsalçısı “Gerhardi Kunststofftechnik GmbH” müflis olduğunu elan edib.
Xarici KİV bildirir ki, şirkət bu qərarı artan xərclər və tələbatın azalması səbəbindən verib. Eyni zamanda, onun 1500 işçisinin gələcəyi qeyri-müəyyən olaraq qalır.
“Gerhardi” sənayedəki böhrandan təsirlənən yeganə şirkət deyil. Bir çox avtomobil komponentləri istehsalçıları kimi, avtomobil istehsalçıları da istehsalın azaldılması səbəbindən uzun müddət ayaqda qalmaq üçün mübarizə aparır. Sonuncular isə öz növbəsində satışın aşağı olması və elektriklə işləyən avtomobillərə keçidlə bağlı çətinliklər nəticəsində belə tədbirlər görürlər.
“Gerhardi” şirkəti 1796-cı ildə metal məmulatların istehsalçısı kimi yaradılıb. 20-ci əsrdə o, “Mercedes-Benz Group AG” üçün barmaqlıqlar, tutacaqlar və xrom bəzəklərin əsas təchizatçısına çevrilib. Daha sonra marka Almaniyadan avtomobil istehsalçısına məhsul tədarükünü davam etdirərək plastik məhsulların istehsalına keçib.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar