Xəbər lenti
Dünyada on minlərlə insanın ölümünə səbəb olub... - Qorxunc virus yarım əsr sonra qayıdır?
20-ci əsrin ilk yarısında dünya dəhşətli bir virusun təsiri altında idi. 5 yaşdan kiçik uşaqlara yoluxan bu virus ağır xəstəliklərə səbəb olur, bəzi hallarda sağaldıqdan 40 il sonra ifliclə nəticələnirdi. Nə müalicəsi, nə də qarşısını almaq üsulu bilinirdi. Bu, 1953-cü ilə qədər belə davam etdi.
"Business Insider" xəbər verir ki, son dövrlərdə ABŞ-da "uşaq iflici" kimi tanınan poliomielit xəstəliyinin peyvəndi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
ABŞ-da poliomielitə qarşı ilk peyvənd 1953-cü ildə Yonas Salk tərəfindən hazırlanıb və 1955-ci ildə təsirli olduğu sübut edilib. Nəticədə 1979-cu ilə qədər ABŞ-da uşaq iflici tamamilə yox edilib.
Bununla belə, 2022-ci ildə ABŞ-da vəkil Aaron Siri bu peyvəndin təsdiqinin ləğvini tələb edən müraciət təqdim edib. Müraciət hələ də araşdırılır və bu müzakirələr poliomielitin yenidən gündəmə gəlməsinə səbəb olub.
Poliovirus əsasən 5 yaşdan kiçik uşaqları təsir edir. Çoxu bu xəstəliyi yüngül simptomlarla keçirsə də, hər 200 hadisədən biri geri dönməz iflicə səbəb olur. Xəstəlik bəzən tənəffüs əzələlərini zəiflədir, nəfəs almağı mümkünsüz edir və ölümə gətirib çıxarır.
1916-cı ildə Nyu-Yorkda başlayan böyük epidemiya 6 min insanın ölümünə və 21 min nəfərin iflic olmasına səbəb olmuşdu. 1952-ci ildə isə poliovirus 20 min nəfəri iflic edib. Həmin dövrdə sosial məsafə tədbirləri tətbiq olunmağa başlanmışdı.
1954-cü ildə Yonas Salk peyvəndini 6-9 yaş arası 2 milyon uşaq üzərində sınaqdan keçirib. Bir il sonra peyvəndin yüksək effektivliyi təsdiq olunub və tətbiqinə başlanıb. Elvis Presli kimi məşhurlar bu kampaniyalara dəstək verdi, nəticədə qısa müddət ərzində əksər amerikalı uşaqlar peyvənd edilib.
Daha sonra Albert Sabin tərəfindən hazırlanmış ağızdan qəbul edilən peyvənd tətbiq olunmağa başlayıb. Bu peyvəndin həm iqtisadi, həm də praktiki üstünlükləri olduğundan geniş yayılıb.
Poliomielit xəstəliyi hazırda əsasən peyvəndləmə nisbətinin aşağı olduğu ölkələrdə müşahidə olunur. Dünya Səhiyyə Təşkilatı 2026-cı ilə qədər virusun tamamilə məhv edilməsini hədəfləyir.
Poliomielit xəstəliyi peyvəndlər sayəsində demək olar ki, tamamilə aradan qaldırılıb. Lakin bu tədbirlərin davam etdirilməsi vacibdir, çünki peyvəndləmə səviyyəsinin azalması xəstəliyin yenidən ortaya çıxmasına səbəb ola bilər.
"Yale Medicine Magazine" görə, poliomielit hadisələri 1944-cü ildə 100.000-də 8-ə, 1952-ci ildə isə 100.000-də 37-yə yüksəlib. Bu dövrdə hər il 60 minə yaxın uşaq bu xəstəlikdən əziyyət çəkib. Üstəlik, 10 yaşdan yuxarı insanlarda yoluxma nisbətləri də artır. İlk illərdə həkimlər xəstələrin bütün bədənlərini gipsə salırdılar ki, bu da daimi iflicə səbəb olurdu.(qaynarinfo)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar