Xəbər lenti
Baş nazir Zurabişvilini hədələdi

“Zurabişvili dekabrın 29-da öz postunu tərk etməli olacaq, görək həyatını harada - dəmir barmaqlıqlar arxasında yoxsa dəmir barmaqlıqlardan kənarda davam etdirəcək”.
Manevr.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata açıqlamasında bildirib.
O, Salome Zurabişvilinin Prezident vəzifəsində bir həftədən az vaxtı qaldığını, ona görə də bu həftə ərzində heç nə edə bilməyəcəyini deyib.
“Düzdür, bəzi avropalı siyasətçilər və rəsmilər iddia edir ki, dekabrın 29-na qədər hələ çox şeylər ola bilər, amma sizi əmin edirəm ki, dekabrın 29-a qədər çox şey olmayacaq, Gürcüstanda radikal müxalifət qalib gəlməyəcək. Müvafiq olaraq, radikal müxalifət, o cümlədən Salome Zurabişvili tərəfindən heç bir ciddi plan təqdim olunmayacaq. Dekabrın 29-da o vəzifəsindən getməli olacaq, görək həyatına harada davam edəcək - dəmir barmaqlıqlar arxasında, yoxsa barmaqlıqlardan kənarda”, - deyə baş nazir bildirib.
Kobaxidze qeyd edib ki, Gürcüstan MSK seçkilərin nəticələrinə yekun vurub, Konstitusiya Məhkəməsi isə seçkilərin legitimliyini təsdiqləyib, ona görə də təkrar parlament seçkilərinin təyin edilməsi üçün heç bir əsas yoxdur:
"Parlament hökumətin tərkibinə etimad göstərib, ona görə də təkrar seçkilər üçün heç bir səbəb yoxdur. Prezidentin müvafiq bəyanatı tamamilə gülünc olardı, lakin bu eyni zamanda həm də cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsində belə bir əmələ görə, uzunmüddətli azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan müvafiq qeydlər var".
Qeyd edə ki, bu gün saat 21:00-da Prezident Salome Zurabişvilinin ictimaiyyətə müraciəti planlaşdırılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar