Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp ikinci dəfə "İlin adamı" seçildi

Tarix: 19-12-2024 21:16     Baxış: 3127 A- / A+
Tramp ikinci dəfə "İlin adamı" SEÇİLDİ

“Financial Times” qəzeti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı “İlin adamı” elan edib.
Manevr.az xəbər verir ki, Böyük Britaniya nəşri Donald Trampın Ağ evə qayıtmasını ABŞ-ın Respublikaçılar Partiyasının tarixində ən parlaq hadisələrdən biri adlandırıb.
Qəzet hesab edir ki, Ağ evin gələcək rəhbərinin ABŞ-ın xarici siyasətinə gətirəcəyi dəyişiklik mövcud dünya nizamına yenidən baxılmasını istəyən Rusiya, Çin, İran və KXDR üçün nadir fürsət yarada bilər. Vaşinqtonda gözlənilən dəyişikliklər Almaniyadakı siyasi böhranı və Fransa Prezidenti Emmanuel Makronun qeyri-müəyyən mövqeyini daha da ağırlaşdıra, həmçinin Avropa İttifaqına yeni nifaq sala bilər.
Buna baxmayaraq, Donald Tramp son dərəcə qeyri-müəyyən siyasətçi olaraq qalır və onun addımları ABŞ-ın həm rəqibləri, həm də müttəfiqləri, o cümlədən Ukrayna üçün sürpriz ola bilər.
Ekspertlərin fikrincə, ABŞ-ın yeni seçilmiş prezidenti inauqurasiyasından sonra siyasi rəqiblərini təqib etməyə, həmçinin universitetlərdə və mediada liberal elitalara hücumlara da başlaya bilər.
Qeyd edək ki, “Financial Times” 2016-cı ildə də Donald Trampı “İlin adamı” seçmişdi.
Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar