Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kosmosa insan beyni göndərildi - Araşdırmanın nəticələri təəccübləndirdi

Tarix: 18-12-2024 16:38     Baxış: 3105 A- / A+

ABŞ alimləri insanın beyin toxumasını təmsil edən orqanoidləri Beynəlxalq Kosmik Stansiyaya göndəriblər və nəticələr hər kəsi təəccübləndirib.

Manevr.az xəbər verir ki, bununla bağlı Skripps Tədqiqat İnstitutundan molekulyar bioloq Jeanne Loring açıqlama verib.
O qeyd edib ki, hüceyrələrin kosmosda sağ qalması böyük sürpriz olub:
“Bu tədqiqat neyrodegenerativ xəstəliklərdən təsirlənən digər beyin bölgələrini araşdırmaq üçün yeni təcrübələrə yol açır. Orqanoidlər birbaşa toxuma və ya kök hüceyrələrdən əldə edilən, özünü yeniləmə və orqan funksiyasını yerinə yetirə bilən üç ölçülü hüceyrə qrupları kimi müəyyən edilir. Orqanoidlər struktur və funksional olaraq alındıqları toxumaya bənzəyir”.
Beynəlxalq Kosmik Stansiya mikroqravitasiyanın insan hüceyrələrinə təsirini öyrənmək üçün unikal imkan yaradır. Bu təsirlər təkcə astronavtların sağlamlığı üçün deyil, həm də Yerdəki tibbi tədqiqatlar üçün böyük əhəmiyyət kəsb edir. Mikroqravitasiya mühiti xəstəliyin modelləşdirilməsi və dərmanların hazırlanması işində yeni qapılar açır.
Araşdırmada sağlam fərdlərdən və dağınıq skleroz (MS) və Parkinson xəstəliyi olan insanlardan alınan hüceyrələr laboratoriyada yenidən proqramlaşdırılaraq sinir hüceyrələrinə çevrilib. Bu hüceyrələr beynin immun sistemi hüceyrələri olan mikrogliaları ehtiva edən orqanoidlər əmələ gətiririb.
Kosmosda bir aydan sonra geri gətirilən orqanoidlər Yerdəki nəzarət qrupu ilə müqayisə edilib. Məlum olub ki, kosmosda inkişaf edən orqanoidlər daha tez yetişir, lakin hüceyrə çoxalması daha yavaş olur.
Araşdırmanın nəticələri “Stem Cells Translational Medicine” jurnalında dərc olunub.publika.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar