Cənubi Koreya parlamenti Prezident Yun Sok Yola impiçment elan edib.
Manevr.az xəbər verir ki, parlamentin 204 deputatı qərarın lehinə səs verib, 85 nəfər isə əleyhinə çıxıb.
Dövlət başçısının səlahiyyətləri müvəqqəti olaraq Baş nazir Han Dak Su tərəfindən icra ediləcək.
Cənubi Koreyanın Konstitusiya Məhkəməsi məsələyə baxacaq və Yun Sok Yola dair qərar verəcək. Bu proses altı ay davam edə bilər.
Qeyd edək ki, müxalifət partiyaları impiçment prosedurunu başlatmışdı, Yun Sok Yol isə istefa vermək niyyətində olmadığını bildirmişdi. Dekabrın 3-də Prezident hərbi vəziyyət elan etmiş və orduya paytaxta daxil olmaq əmri vermişdi. Lakin parlamentdə keçirilən səsvermə ilə bu qərarlar ləğv edilib.
Xəbər lenti
Cənubi Koreya prezidentinə impiçment elan edildi

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar