Xəbər lenti
Şok tapıntı: ABŞ prezidentinin evinin yanında qul qəbiristanlığı aşkarlandı

Müvafiq sənədi Endrü Cekson Fondu dərc edib.
1829-1837-ci illərdə ABŞ Prezidenti olmuş Endrü Cekson ziddiyyətli tarixi şəxsiyyət kimi tanınırdı. Hərbi və siyasi lider kimi xidmətlərinə baxmayaraq, o, həm də kölə sahibi idi və Amerikanın yerli əhalisinə qarşı sərt siyasət yürüdürdü ki, bu da "Göz yaşları yolu" (Amerika hindularının ABŞ-nin cənub-şərqindən qərbinə məcburi köçürülməsi - red.) kimi faciəli nəticələrə gətirib çıxarmışdı.
Tennessi ştatının Neşvil şəhərindəki Ermitaj ərazisində edilən tapıntı ABŞ tarixinin və Endrü Ceksonun şəxsiyyətinin qaranlıq tərəfinə işıq salır. Endrü Cekson Fondu aparıcı arxeoloqun hesabatını dərc edib ki, burada aşkar edilən yerin ehtimal olunan kölə məzarları olan qəbiristanlıq olduğu bildirilir.
Bu tarixi irsin qorunması və kölələrin faciəli talelərinin əbədiləşdirilməsi üçün xüsusi mütəxəssislər komitəsi yaradılacaq. Fondun İdarə Heyətinin sədri Pem Koban bildirib ki, ekspozisiya maksimum hörmətlə tərtib ediləcək və ölkənin keçmişi və daha ədalətli cəmiyyət qurulması zərurəti barədə düşünmək üçün bir məkana çevriləcək. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar