Xəbər lenti
ABŞ Türkiyə qarşısında geri addım atdı — AÇIQLAMA
"Anadolu" agentliyi xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi rəsmi Ankaranın bəyanatlarına cavab olaraq Türkiyənin PYD ilə eyni səviyyədə tututlmadığını bəyan edib.
"Türkiyə suveren dövlətdir. Buna görə bu ölkəni PYD ilə müqayisə etmək olmaz. Türkiyə NATO-nun və İŞİD-ə qarşı koalisiyanın üzvüdür", deyə Con Kibri ənənəvi olaraq verdiyi gündəlik brifinqdə bildirib.
PYD-nin Fərat çayının şərqinə keçməsinə dair informasiyanın doğu olub-olmaması barədə sualı cavablandıran Dövlət Departamentinin nümayəndəsi deyib:
"Bu məsələylə əlaqədar müvafiq bəyanat bir gün əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Cozef Votel tərəfindən səsləndirilib. General Votel bildirdi ki, Minbicdən sonra təmizləmə əməliyyatı keçirilməlidir. Kürd silahlı qrupları Fəratın şərq sahilinə keçirilməlidir və kürdlər öz vədlərinə əməl ediblər. Hesab edirəm ki, bunu söyləmək kifayətdir", deyə Kirbi vurğulayıb.
Dövlət Departamentinin nümayəndəsi bu məsələ ilə əlaqədar ətraflı məlumat vermək istəməyib. Daha sonra Türkiyə və PYD arasında atəşkəs elan edilməsinə dair sualı cavablandıran Kirbi qeyd edib ki, hələlik tərəflər arasında toqquşma qeydə alınmayıb və ABŞ bunu alqışlayır.
Xatırladaq ki, dünən Türkiyənin Avropa İttifaqı işləri üzrə Naziri Ömər Çelik ABŞ-ın Türkiyə ilə PYD arasında atəşkəs razılaşması əldə edilməsinə dair iddialarına sərt cavab vermişdi.
"Bunu qətiyyətlə qəbul etmirik, Türkiyə ilə kürdlər arasında bir saziş bağlanması istiqamətində xəbərlər bəzi ölkələrin sözçüləri tərəfindən də dilə gətirilir. Türkiyə böyük, hüquqi dövlətdir. Bir terror təşkilatı ilə eyni səviyyəyə qoyularaq, aralarında bir anlaşma varmış kimi qiymətləndirilməsi doğru olmaz"-deyə türkiyəli diplomat bildirmişdi.(ölkə.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar