Dekabrın 8-də Bəşər Əsəd prezident postundan istefa verib və Suriyanı tərk edib. Bu, silahlı müxalifət və “Həyat Təhrir əl-Şam” yaraqlılarının Dəməşqə daxil olub prezident sarayının zəbt edilməsindən sonra baş verib.
Manevr.az-ın xəbərinə görə, tezliklə paytaxtı ələ keçirən yaraqlılar Əsədin sarayından və qohumlarının malikanələrindən ailənin dəbdəbəli mülklərini nümayiş etdirən videoları onlayn yaymağa başlayıblar. Bəşər Əsədin illər boyu milyonlarla dollar xərclədiyi şeylər nələrdir?
Dəməşqdə Əsədin sarayı dağıdıldı
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin dəbdəbəli evi terrorçuların Dəməşqdə hakimiyyəti ələ keçirməsindən sonra qarət edilib. İnternetdə yayımlanan görüntülərdə qadın, uşaq və kişilərin Suriyanın keçmiş liderinin altı mərtəbəli evini və böyük bağını gəzdikləri əks olunub.
"İqamətgahın girişi yanıb, otaqlar tamamilə boş olub, bəzi mebellər və yerə atılan Əsədin portreti istisna olmaqla", - şahidlər qeyd ediblər. Tam qarətdən sonra Əsədin sarayının yandığı barədə məlumatlar da ortaya çıxıb.
Eyni zamanda, hadisə şahidlərinə istinadən şəhərin kütləvi talan edilməsi barədə məlumat verilib. Xüsusilə, “hökumət məhəlləsinə yüzlərlə insanın gəldiyi” və Əsədin iqamətgahından əmlakı çıxardığı dəqiqləşdirilib.
Əsədin sarayında lüks avtomobil parkı
Əsədin sarayına daxil olan suriyalı yaraqlılar onun dəbdəbəli maşın parkını aşkar ediblər. Dövlət başçısı “Ferrari”, “Audi”, “Mercedes”, “Lamborghini”, “Aston Martin” və digər tanınmış brendlərə sahib olub. Türkiyəli jurnalistlər qeyd ediblər ki, suriyalı döyüşçülər gördüklərindən “şoka düşüblər”.
Videoda jurnalistlər “Land Rover Defender”, “Cadillac Escalade”, “Toyota Land Cruiser”, “Rolls-Royce Wraith”, “Bentley Continental GT” və “Audi A8” avtomobillərini görüblər. Əsədin qarajında daha eksklüziv avtomobillər də olub, məsələn, 1990-cı illərin “Lamborghini Diablo”su, qiyməti 350-600 min dollar arasında dəyişir.
Dünya Bankının 2022-ci il hesabatına görə, 14,5 milyon insan və ya Suriya əhalisinin təxminən 70 faizi yoxsulluq içində yaşayırdı.
Keçmiş prezidentin avtoparkında 150 min dollara istehsal olunmuş 350 Mercedes-Benz SL 65 AMG Black Series avtomobilindən biri və qiyməti 100 min dollardan başlayan Aston Martin Rapide idman kupesi də tapılıb.
Tapıntılar arasında 1995-ci ildə italyan brendinin 50 illiyi şərəfinə buraxılmış Ferrari F50 də var. Xarici saytlarda nadir modelin qiyməti 3,5 milyon dollara çatır. Bundan əlavə, Əsəd 480 min dollar dəyərində italyan markasının ilk istehsal avtomobili olan Lamborghini LM002-yə də sahib olub.
Əsədin qardaşının bunkerindən qızıl “Quran” və zinət əşyaları tapılıb
Tezliklə Suriya prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin sarayının altında yerləşən ailəsinin bunkerindən görüntülər də internetdə yayılıb. Yaraqlılar yeraltı aşağı mərtəbəni, havalandırılan yataq otaqlarını və sığınacaqlara aparan zirehli qapıları lentə alıblar.
Burada qızılla örtülmüş “Quran” və müxtəlif zinət əşyaları tapılıb. Videoda ailənin qarderobunda dəbdəbəli brendlərin, o cümlədən Fransanın “Dior” moda evinin paltarlarının çantaları əks olunub.lent.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Media
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar