Xəbər lenti
Ermənistanda yayılmış qorxulu kabus

Arxeoloji önəmə malik məzar soyulub və…
Ermənistanda cinayətkarlıq göbələk kimi artır. Ermənistanın Qafan şəhərində arxeoloji önəmə malik məzar soyulub.
İsti izlərə görə polis cinayətkarları tuta bilib. Onlar məzarı necə soyduqlarını, oradan gil qabları, boyun bağlar, mis əşyaları necə apardıqlarını bildiriblər. Hətta oğurlanan əşyanın bir qismini Erebuni muzeyinə satıblar. Qalan hissə isə onların evində tapılıb və müsadirə edilib.
Ermənistanda gənc oğlanlar tez-tez cinayət yolunu tuturlar. Bu barədə polisin hesabatında da bildirilir. Yalnız məzarları deyil, mağazaları və apteklləri də soyurlar. Sosioloqların fikrincə, onları cinayət yoluna işsizlik və yaşamaq üçün vəsaitlərinin olmaması sürükləyir.
Ermənistan statistika idarəsinin məlumatına görə, keçən ay ərzaq məhsulları 6,2% bahalaşıb. Nazirlər Kabineti tərəfindən işlənilən və geniş reklam edilən yoxsullara yardım planı hələ ki, heç bir fayda vermir. Avropalı həmkarların ilk növbədə rüşvətxorluq və büdcənin talanı ilə mübarizə aparmağın vacibliyi İrəvanda hakimiyyətidə olanları dərindən əsəbiləşdirir.
Ekspertlərdən biri qeyd edir ki, cinayətkarlıq və quldurluq qısa müddətli olsa da, pullu insan olmağın ən rahat imkanına çevrilir. Təssüf ki, erməni gəncliyi bu sürüşkən yolla gedir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar