Sizin Reklam Burada
Xəbər lenti
11-12-2024
10-12-2024
BÜTÜN XƏBƏRLƏR

2025-ci ildə Saturn planetinin məşhur halqaları "yoxa çıxacaq"

Tarix: 08-12-2024 14:21     Baxış: 458 A- / A+

Saturn planetinin halqaları 2025-ci ildə Yerdən müşahidə edənlərin gözündən iki dəfə itəcək.
Manevr.az xəbər verir ki, bu barədə Ka-Dar rəsədxanasının və astrofermanın elmi direktoru Stas Korotki bildirib.
Məlumata görə, Saturnun halqalarının tamamilə "yoxa çıxması" 2025-ci ildə iki dəfə - yaz və payızda baş verəcək.
"Məsələ burasındadır ki, biz bu planetin halqaları ilə eyni müstəvidə oluruq və bu zaman onları kənardan görürük, halqalar isə çox nazikdir - təxminən 30 metr qalınlıqda", - deyə Korotki qeyd edib.
O əlavə edib ki, Yerdən Saturna qədər olan məsafə bir milyard kilometrdən çoxdur, ona görə də mahiyyət etibarilə, ən böyük teleskop vasitəsilə müşahidə olunsa belə, halqalar görünməyəcək. Ekspertin sözlərinə görə, qarşıdan gələn hadisə nadir hallardandır və hər 15 ildən bir baş verir.
Halqaların itməsi səkkiz ay fərqlə baş verəcək: 23 mart və 26 noyabr.
Qeyd edək ki, Saturn Günəşdən uzaqlığına görə altıncı, Günəş sistemində isə Yupiterdən sonra ikinci ən böyük planetdir. Nəhəng qaz planeti kimi təsnif edilir. Saturn Roma əkinçilik tanrısının şərəfinə adlandırılıb.
Planet, əsasən, buz hissəciklərindən, eyni zamanda, ağır elementlərdən və tozdan ibarət olan əhəmiyyətli bir halqa sisteminə malikdir. Saturnun ətrafında hazırda məlum olan 146 peyk fırlanır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar