Xəbər lenti 
					
 
		Ərdoğanın təyyarəsini vurmaq istəyiblər - yeni məlumatlar

Türkiyədə 15 iyul hadisələri ilə bağlı növbəti dəfə yeni faktlar üzə çıxıb.
Qeyd edək ki, bununla bağlı Türkiyənin "Yeni Şafak" qəzeti məlumat dərc edib.
Məlumatlara görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı aparan TC-ATA təyyarəsi Dalaman aeroportundan yerli vaxtla 01:43-də havaya qalxıb.
Həm dinc, həm də hərbi uçuşlar üçün istifadə olunan Dalaman Meydanının qiyamçılar tərəfindən ələ keçirilməsinin qarşısını alan polkovnik Murat Selçuk Çol Ərdoğanın uçması üçün lazım olan bütün hazırlıqları gizli yolla həyata keçirib.
Dalaman Qarnizonunun komandiri Selçuk Çol prezident Ərdoğanı aparacaq təyyarənin havaya qalxmasından sonra başqa təyyarənin enməməsi üçün eniş zolağını bağlayıb. Bir müddət hava limanına heç bir təyyarə eniş edə bilməyib.
Qiyamçılar Ərdoğanı aparan təyyarənin koordinatlarını ələ keçirməyə çalışsalar da, buna nail olmayıblar. Çevrilişə cəhd edənlər bir müddət havada dövrə vurublar. Ancaq buna baxmayaraq, TC-ATA təyyarəsi nəzərə çarpmayıb.
Məlumatlara görə, Ərdoğanı aparan təyyarə sərnişin təyyarəsi kodu ilə uçuşa davam edib. Akıncı hərbi bazasından havaya qalxan və Atatürk Hav Limanını dövrəyə alan qırıcılar TC-ATA təyyarəsinə istiqamətini dəyişməyə vadar edib.
İzmirə uçan təyyarə Bandırma üzərində dövrə vurub və İstanbula yönəlib. Bu zaman qiyamçılar təyyarəni izləməyə başlayıblar və onların tabeliyində olan F-16-lar Ərdoğanı aparan təyyarəyə təhlükəli şəkildə yaxınlaşıblar. Ancaq qırıcıların yanacağı bitdiyinə görə, qiyamçıların istəyi alınmayıb və Ərdoğana qarşı sui-qəsd cəhdi baş tutmayıb.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















