Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Fransızların 63 faizi Makronun istefasını istəyir

Tarix: 04-12-2024 15:47     Baxış: 3123 A- / A+

Fransızların 63 faizi Makronun istefasını istəyir

Fransızların 63 faizi Mişel Barnye hökuməti senzuraya məruz qalacağı təqdirdə, Emmanuel Makronun istefasının tərəfdarı olacaqlarını bildirib.
Respondentlərin 53 faizi hesab edir ki, Emmanuel Makron mövcud siyasi qeyri-sabitliyə, xüsusən də iyunda Milli Assambleyanı buraxmaq qərarına görə məsuliyyət daşıyır.
Manevr.az modern.az-a istinadən xəbər verir ki, bu barədə “Elabe” tədqiqat və sorğu institutunun apardığı sosial sorğunun nəticələrində qeyd olunub. Bildirilib ki, Prezident Emmanuel Makronun populyarlığı hələ də ən aşağı səviyyədədir. Hər 10 fransızdan 6-dan çoxu Mişel Barnye hökumətinin senzuraya məruz qalacağı təqdirdə, Emmanuel Makronun istefasını görmək istədiyini bildirib.
CSA sorğu institutunun “Avropa 1”, “Cnews” və “Le Journal du Dimanche” üçün apardığı sorğunun nəticəsinə əsasən də fransızların əksəriyyətinin istədiyi budur. Respondentlərin 62 faizi Mişel Barnye hökumətinin istefası təqdirində Emmanuel Makronun Yeliseyi tərk etməsini istəyir.
Sol təmayüllü seçicilərin 65 daizi, LFI tərəfdarlarının 91 faizi növbədənkənar prezident seçkilərinin keçirilməsini dəstəkləyir.
Sağlara gəldikdə, Emmanuel Makron üçün vəziyyət o qədər də yaxşı deyil. Seçicilərin 57 faizi Barnye hökuməti senzuraya məruz qalacağı təqdirdə, onun vəzifədən getməsini istəyir. Bu siyasi ssenarinin baş verəcəyi təqdirdə, Milli Birlik (RN) partiyasına səs vermiş fransızların 87 faizi E. Makronun istefa verməsinin lehinə olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar