Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nikoldan Qarabağ açıqlaması: Hər kəs 9 ay hamilə qala bilər...

Tarix: 03-12-2024 15:06     Baxış: 3100 A- / A+


Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətin Qarabağla bağlı ona ünvanladığı ittihamlara yenidən cavab verib.
Manevr.az Publika.az-a istinadla xəbər verir ki, Paşinyan “Dağlıq Qarabağ respublikası” adlı “dövlətin” olmadığını bir daha təkrarlayıb.
Qeyd edib ki, Qarabağın “müstəqil dövlət” olduğunu desələr də, heç bir ölkə tanımayıb:
“Bizə dost və dost olmayan ölkələr də bu haqda danışırlar, lakin heç biri tanımayıb. Üstəlik, satqınlıqda ittiham edirlər. Mən deputat olanda dedim ki, Qarabağ müstəqil dövlət deyil, Qarabağ Azərbaycandır. Dedilər xeyr, Qarabağ Azərbaycan deyil. Dedim ki, Qarabağ Ermənistandır, dedilər xeyr, Ermənistan da deyil. Yaxşı, Qarabağ Azərbaycan deyil, Ermənistan deyil, müstəqil deyil, bəs onda nədir? Hər kəs 9 ay hamilə qala bilər, amma 9 aydan sonra nəsə baş verməlidir: ya uşaq doğulmalıdır, ya da doğulmasa, daşıyıcının ölümünə səbəb olacaq, yaxud qeysəriyyə ilə doğulacaq. Yəni nəsə olmalıdır. Hamiləliyi daha 9 ay uzatmaq absurd yanaşmadır”.
Paşinyan son 4 ildə hər gün özünə bir sual verdiyini və bir cavab tapdığını deyib:
“Əgər biz Qarabağ məsələsini daha 9 ay uzatmaq məntiqi ilə hərəkət etsəydik, yanlış olardı. Mən bizim siyasətimizin doğru, yaxud yanlış olduğunu demirəm. Onu deyirəm ki, yeganə variant bu idi və bu, bizə dövlətimizi qorumaq şansı verir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar