Xəbər lenti
Moskvada miqrantlara QR-kodlu xüsusi şəxsiyyət vəsiqələri veriləcək

Qeyd olunur ki, şəhərdə miqrantlarla bağlı yeni nəzarət tədbiri həyata keçiriləcək.
Vəsiqədə QR-kodun olması səbəbindən onu saxtalaşdırmaq mümkün olmayacaq - bütün məlumatlar Daxili İşlər Nazirliyinin serverlərində saxlanılacaq.
Yenilik polisə əcnəbinin identifikasiyasını sürətləndirməyə, həmçinin onun barmaq izi kimi məcburi prosedurları yoxlamağa imkan edəcək. Sənəd, həmçinin cinayət törətmiş miqrantların axtarışına da kömək edəcək. Vəsiqə Çoxfunksiyalı Miqrasiya Mərkəzində 14 yaşdan yuxarı bütün əcnəbilərə veriləcək.
Xatırladaq ki, dekabrın 1-dən Moskva hava limanlarında Belarus vətəndaşları istisna olmaqla, bütün əcnəbilər üçün biometrik nəzarət tətbiq olunacaq. Eksperimentin nəticələrinə əsasən qanunvericiliyə dəyişikliklər ediləcəyi bildirilib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar