Xəbər lenti
Zelenski Rusiya ilə münaqişəni dayandırmağa hazırdır - ŞƏRT

Bu barədə o, "Sky News"a müsahibəsində deyib.
"Müharibənin qaynar mərhələsini dayandırmaq istəyiriksə, nəzarətimizdə olan Ukrayna ərazisini NATO-nun "çətiri altına" almalıyıq. Bu, tez bir zamanda etməli olduğumuz bir nüansdır. Fakt budur ki, bu, müharibənin qaynar mərhələsini dayandırmaq üçün həll yoludur, çünki biz nəzarətimiz altında olan hissə ilə NATO-ya üzv olmaq üçün müraciət edə bilərik", - Zelenski qeyd edib.
Bundan sonra Ukrayna lideri, işğal altında olan ərazilərin diplomatik yolla qaytarılması üzərində işləmək niyyətindədir. Onun sözlərinə görə, Ukrayna əvvəllər belə bir ideyanı yalnız ona görə nəzərdən keçirməyib ki, bunu heç kim rəsmi şəkildə təklif etməyib.
Zelenskinin bəyanatı artıq Ukraynada kəskin reaksiyaya səbəb olub. "Strana" nəşri qeyd edib ki, bu, Zelenskinin 2022-ci ilin fevralından bəri işğal edilən əraziləri geri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğu barədə ilk bəyanatıdır. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar