Xəbər lenti
NATO Rusiya sərhədi yaxınlığında hərbi təlimlərə başladı
Polşanın Varmin-Mazur vilayətində, Rusiyanın sərhədindən cəmi 70 kilometr məsafədə, NATO qüvvələrinin TUMAK-24 adlı taktiki təlimləri başlayıb.
Manevr.az xəbər verir ki, bu barədə Polşanın PAP https://www.pap.pl/en agentliyi məlumat yayıb.
Təlimlərdə 2,5 mindən çox Polşa ordusu və NATO hərbçisi iştirak edir.
850 texnika vahidi cəlb olunub.
Təlimlər 2 dekabr tarixinə qədər davam edəcək. Əsas mərhələdə Kempno gölü üzərində tankların keçidi sınaqdan keçiriləcək.
Bundan əlavə, NATO-nun növbəti hərbi manevrləri "Şimşək" (Picne) adı ilə Estoniyada baş tutacaq. Təlimlər 2-15 dekabr tarixlərində, əsasən ölkənin şimal və şimal-şərqində keçiriləcək. Burada 2 minə yaxın hərbçi iştirak edəcək. Qatılan ölkələr:
- Böyük Britaniya
- Latviya
- ABŞ
- Fransa
- Estoniya
Əsas məqsəd münaqişə zonasına qüvvələrin operativ şəkildə yerləşdirilməsinin mexanizmlərini sınaqdan keçirməkdir.
14 noyabrda isə NATO və İsveç Baltik dənizində "Dynamic Merlin 24” adlı təlimlər keçirib. Burada sualtı qayıqların aşkarlanması və izlənməsi metodları yoxlanılıb. Təlimlərdə İsveç Donanması və NATO-nun SNMG1 (1-ci Daimi Dəniz Qrupu) iştirak edib. Təlimə qatılan ölkələr arasında Belçika, Fransa, Niderland və Böyük Britaniya da olub. İştirakçılar arasında korvetlər, freqatlar, helikopterlər və təyyarələr yer alıb.
Bu təlimlər NATO-nun Şərqi Avropada hərbi mövcudluğunu gücləndirmək və potensial təhlükələrə qarşı hazırlıq səviyyəsini artırmaq məqsədini güdür. Baltikyanı regionda keçirilən tədbirlər isə regionun strateji əhəmiyyətini bir daha təsdiqləyir.qaynarinfo
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar