Xəbər lenti
Tiflisdə aksiyaçılarla polis arasında toqquşma

Polis kütlənin üzərinə bir neçə tüstü bombası atıb.
Polis etirazçıları binadan uzaqlaşdıraraq Rustaveli prospektinə keçirməyə çalışır. Nümayişçilər müqavimət göstərirlər.
Aksiyaçılar polisə “insan deyilsiniz”, “qullar”, “ruslar” deyə qışqıqırırlar. Xüsusi təyinatlılar da daxil olmaqla, binanın girişdə yüzlərlə polis toplaşıb.
Gürcüstan Daxili İşlər Nazirliyi parlamentin yaxınlığında keçirilən etiraz aksiyasından əməkdaşlarından birinin xəstəxanaya yerləşdirildiyini bildirib və nümayişçiləri asayişə çağırıb.
“Biz bir daha mitinq iştirakçılarını zorakılıq hərəkətlərindən çəkinməyə və qanunla müəyyən edilmiş normalara uyğun etiraz aksiyası keçirməyə çağırırıq”, - DİN-in bəyanatında bildirilib.
Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və Avropanın qrantlarından imtina etdiyini açıqlayıb.
Bu xəbərin ardınca Zurabişvili AB-nin Gürcüstandakı diplomatik nümayəndəlikləri ilə təcili görüş keçirib. Müxalifət isə Gürcü Arzusunun baş ofisinin və parlament binasının önündə aksiyaya başlayıb. bakupost.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar