Xəbər lenti
Prezidentin tərəfdarları parlamentə hücum edib – Yaralananlar var
Venesuelanın paytaxtı Karakasda prezident Nikolas Maduronun tərəfdarları müxalifətin nəzarətində olan parlamentə hücum edib.
Manevr.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 4 nəfər xəsarət alıb, binaya maddi ziyan dəyib.
Məlumata əsasən, Konstitusiya Assambleyasının çağırılmasına qarşı aksiya keçirən parlamentin əməkdaşları Nikolas Maduronun tərəfdarlarının hücumuna məruz qalıb.
Bundan əlavə, Karakasda etiraz aksiyası keçirən müxalifətçilər üç yük maşınını yandırıb. “Telesur” telekanalının məlumatına görə, insident Venesuela Hərbi-Hava Qüvvələrinin bazası yaxınlığında qeydə alınıb.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Aprelin əvvəlindən ölkədə iğtişaşlar nəticəsində 75 nəfər ölüb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar