Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan

Tarix: 26-11-2024 09:06     Baxış: 4151 A- / A+


ABŞ Ermənistana dəstəyi kəskin şəkildə azalda bilər, xüsusən də Amerikanın erməni icmasının son prezident seçkilərində demokratların namizədi Kamala Harrisi dəstəklədiyini nəzərə alsaq.

Bu sözləri Stenford Universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Artur Xaçikyan “Sputnik”ə açıqlamasında deyib.

O bildirib ki, artıq bütün dünyada milli-vətənpərvər qüvvələr qalib gəlir, lakin indiki Ermənistan hakimiyyəti qlobal siyasi prosesləri başa düşmür və neoliberal ideyaları təbliğə davam edir.

Onun sözlərinə görə, neoliberalizm ABŞ iqtisadiyyatının çökməsinə gətirib çıxarıb, ştatlar identikliyini itirib, ölkə ağır miqrasiya vəziyyəti ilə üz-üzə qalıb:

“ABŞ-da Bayden administrasiyasının Çin siyasətinin yanlış olduğunu da başa düşürlər. Xüsusilə, demokratlar əmin idilər ki, çinlilər varlanmaq imkanı olduğu halda “amerikalı” ola bilərlər. Lakin onların xarici siyasəti uğursuz oldu: Çin ayağa qalxdı və ABŞ üçün ən böyük təhlükəyə çevrildi”.

Xaçikyan erməni diasporunun Kamala Harrisi dəstəkləməyinin Ermənistana təsirsiz ötüşməyəcəyini vurğulayıb:

“Donald Trampın yeni administrasiyasından Ermənistana pis xəbərim var: yeni komandanın Ermənistana qarşı ciddi münasibəti yoxdur. Bax, Ermənistanın Vaşinqtondan aldığı mesaj budur: Baş nazir Paşinyanı qlobalist sayırlar, uduzan Kamala Harrisi dəstəkləyən şəxs hesab edirlər. Onu Vaşinqtonda heç kim gözləmir. Diasporumuzun nümayəndələri isə Tramp administrasiyasında qəbul edilmir, çünki biz yenə səhv hesabladıq”.
O, Ermənistanın özünü təcrid vəziyyətinə sala biləcəyindən, xüsusən də Tramp administrasiyasına azərbaycanlı lobbiçilərin daxil olması şansından ehtiyat etdiyini xatırladıb:

“İndi də ABŞ-da erməni tərəfinin nümayəndələri sağa-sola qaçır, kiminləsə əlaqə saxlamağa, görüşməyə can atırlar, amma onları qəbul etmirlər”. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar